REGİONLAR
Göyçayda yay şumunun çıxarılmasına 40-dan çox traktor cəlb olunub
Göyçay, 13 sentyabr, AZƏRTAC
Göyçay rayonunda payızlıq əkinlər üçün hazırlıq işləri görülür. Bu məqsədlə fermerlər və fiziki şəxslər gələn ilin yüksək məhsulu üçün mühüm aqrotexniki tədbir olan yay şumu çıxarırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarşıdakı payızda Göyçayda 14 min hektardan çox sahədə əkin aparılacağı gözlənilir. Hazırda bütün ərazi dairələrində bu zəruri aqrotexniki tədbir sürətlə davam etdirilir. Artıq 3100 hektardan çox sahədə şum çıxarılıb. Hər gün sahələrdə 40-dan çox şum traktoru işləyir. Əksər ərazilərdə, xüsusilə Şəkər, Alpout, İncə və bir sıra digər icra nümayəndəliklərində yay şumunun çıxarılması daha mütəşəkkil aparılır. Əkinçilər bu zəruri aqrotexniki tədbiri sentyabrın sonunadək başa çatdırmaq əzmindədirlər.