DÜNYA
Gürcüstan Dövlət Neft və Qaz Agentliyi yeni beynəlxalq tender elan edib
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstan Dövlət Neft və Qaz Agentliyi ölkənin Saqareco və Qardabani rayonlarında yerləşən “XI-H” lisenziya blokunda neft-qaz hasilatı üçün lisenziyanın alınması ilə bağlı beynəlxalq tender elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər 2020-ci ilin martın 2-dək agentliyə müraciət edə bilərlər. Adıçəkilən blokda İsrailin “Elenilto” şirkəti iş aparıb.
Razılaşmaya əsasən, “Elenilto” şirkəti lisenziyanı 25 il müddətinə alıb və kəşfiyyat-axtarış işlərinə 41 milyon ABŞ dolları həcmində investisiya yatırmalı idi. Lakin, şirkət şərtləri yerinə yetirmədiyi üçün müqaviləyə xitam verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi