RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
Prezident İlham Əliyev sentyabrın 19-da Qax şəhərinin mərkəzində Heydər Əliyev muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Qax şəhərinin Heydər Əliyev küçəsində yerləşən muzeyin tikintisinə 2007-ci ildə başlanmışdır. Binanın layihəsini “Azkommunallayihə” institutu hazırlamış, tərtibat işlərini Heydər Əliyev Fondunun rəhbərliyi ilə “Elit” dizayn şirkəti həyata keçirmişdir. Muzey ekspozisiya salonu, kitabxana, oxu zalı, inzibati və yardımçı otaqlardan ibarətdir.
Ekspozisiya salonunun ümumi sahəsi 190 kvadratmetrdir. Burada ulu öndərin büstü qoyulmuşdur. 8 bölmədən ibarət ekspozisiyada ümummilli liderimizin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən çoxsaylı fotoşəkillər, müxtəlif kitablar və digər nəşrlər toplanmışdır. Muzeydə 7 ədəd kompyuter qoyulmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ekspozisiya ilə tanış oldular, oxu zalına, otaqlara baxdılar.
Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
######