MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayı yeni mövsümü “İsti payızın sərin nəğmələri” adlı geniş konsert proqramı ilə açacaq
Bakı, 21 avqust (AZƏRTAC). Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə hazırlaşan Heydər Əliyev Sarayı yenə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açacaq. Bu mövsümdə də paytaxtımızın sakinləri və şəhərimizin qonaqları sarayın səhnəsində maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni konsert mövsümü sentyabrın 19-da “İsti payızın sərin nəğmələri” adlı geniş konsert proqramı ilə açılacaq.
Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkəmizin tanınmış sənətçiləri iştirak edəcəklər.
Konsertin biletlərini şəhərimizin kassalarından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]