Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Hüquqi şəxsin dövlət qeydiyyatı müasir dövrün tələblərinə uyğunlaşdırılır

Hüquqi şəxsin dövlət qeydiyyatı müasir dövrün tələblərinə uyğunlaşdırılır

Bakı, 14 sentyabr, AZƏRTAC

Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə elektron qaydada həyata keçirilməsi bu sahədə köklü dəyişikliklərə səbəb olub və sahibkarların işini əhəmiyyətli dərəcədə asanlaşdırıb. Vergilər Nazirliyinin Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədlinin AZƏRTAC-a müsahibəsi bu sahədə son yeniliklər, həyata keçirilən islahatlarla bağlıdır.

- Samir müəllim, zaman keçdikcə hər bir sahədə dəyişikliyə, təkmilləşməyə zərurət yaranır. Bəs hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində hansı yeniliklər baş verir?

- İlk növbədə qeyd edim ki, Vergilər Nazirliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri dövlət qeydiyyatı sahəsində işlərin daim təkmilləşdirilməsi, vergiödəyicilərinin işinin asanlaşdırılmasıdır. Bu istiqamətdə atılan addımlar içərisində vergiödəyicisi kimi yenicə fəaliyyətə başlayan təhsil müəssisələrinin qeydiyyat prosesinin asanlaşdırılmasını vurğulamaq istərdim. Azərbaycan qanunvericiliyində edilmiş son dəyişikliklərə əsasən, təhsil müəssisələrinə münasibətdə hüquqi şəxsin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməyə başlayıb.

Əvvəllər təhsil müəssisələrinin dövlət qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən aparılırdı, bu isə həmin müəssisələrin “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmasının qarşısını alırdı. Qanunvericilikdə dəyişiklikdən sonra təhsil sahəsində fəaliyyət göstərmək arzusunda olan sahibkarlar “bir pəncərə” prinsipinin üstünlüklərindən istifadə edə biləcəklər.

Bundan əlavə, hüquqi şəxslərin rahat fəaliyyətini təmin etməklə bağlı zəruri hesab edilən məsələlərdən biri də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilən 14 aprel 2017-ci il tarixli əlavələrlə əlaqədardır.

Bu əlavələrə əsasən, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər, həmçinin dövlət reyestrində olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda aparılan dəyişikliklər Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətindən onlayn rejimdə əldə edilərək 5 iş günü müddətində birbaşa Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınacaq.

Bu, o deməkdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin tələbinə görə tətbiq edilməli olan inzibati cərimənin əhatə dairəsi vergiödəyicilərinin xeyrinə azalıb: artıq həmin şəxslər qrupu inzibati cərimələrin tətbiq edilməsinə səbəb olacaq hüquqi şəxslərin reyestr məlumatlarında baş vermiş məlumat dəyişikliyinin qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət reyestrini aparan orqana təqdim edilməsi vəzifəsindən azad olublar.

- Vergi sahəsində elektron xidmətlərin sayının artması “bir pəncərə” sisteminə öz təsirini necə göstərir?

- Bu gün Vergilər Nazirliyi dövlət qurumları arasında ən çox elektron xidmət təqdim edən qurumdur və qeydiyyat sahəsində bir çox xidmətlər, o cümlədən ilkin qeydiyyat tam elektronlaşdırılıb. Yeni elektron xidmətlərin sayəsində vətəndaşlar əlavə vaxt itkisindən və xərclərdən azad olublar.

- Qeydiyyat prosesi zamanı vətəndaşların işini asanlaşdırmaq üçün vergi əməkdaşları tərəfindən hansı metodiki yardımlar göstərilir?

- Vergilər Nazirliyi bu məsələdə də ciddi təkmilləşdirmə işləri həyata keçirib. Qeydiyyatla bağlı inzibati reqlamentlər, qeydiyyat ərizə formaları və onların doldurulma qaydaları, təşkilati-hüquqi formasından asılı olaraq kommersiya qurumlarının nizamnamə, qərar formaları və s. hazırlanıb, hər kəsin istifadə edə bilməsi üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sahibkarların kommersiya hüquqi şəxs yaratmaq üçün hazırladıqları hüquqi sənədlərin qeydiyyat orqanına gəlmədən yoxlanılması üçün saytda idarənin hüquqşünaslarının elektron ünvanları yerləşdirilib. Bundan başqa, vergi əməkdaşları iş günü ərzində xidməti telefon və elektron poçt vasitəsilə müraciət etmiş şəxsləri maraqlandıran bütün suallara ətraflı cavab verirlər.

Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Qeydiyyat və Qeydiyyatın təhlili şöbələrində hüquqi şəxsin adının unikallığının yoxlanılması üçün vətəndaşların özlərinin sərbəst istifadə etməsinə imkan verən xüsusi məlumat köşkləri quraşdırılıb.

Qeydiyyat zalının divarında quraşdırılmış stendlərdə müraciət ərizələrinin nümunəvi formaları və onların doldurulma qaydaları, müxtəlif vergi növləri barədə bukletlər yerləşdirilib.

- Statistik mənzərə necə görünür? “Bir pəncərə” prinsipi ilə nə qədər vergiödəyicisi dövlət qeydiyyatına alınıb?

- Dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmasına başlanmasından ötən müddət ərzində 36 min 254 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. İllər üzrə göstəricilər belədir: 2008-ci il - 4036, 2009-cu il - 3286, 2010-cu il - 2466, 2011-ci il - 2803, 2012-ci il - 2962, 2013-cü il - 4113, 2014-cü il - 4208, 2015-ci il - 3174, 2016-cı il - 4924. Bu ilin 8 ayı ərzində isə 4282 hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

- Hüquqi şəxslər hansı təşkilati hüquqi formalara üstünlük verirlər?

- Ölkəmizdə fəaliyyət göstərən hüquqi şəxslər əsasən məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılıb. 2008-ci ildə onların 93,7 faizi, 2009-cu ildə 93,5 faizi, 2010-cu ildə 91,7 faizi, 2011-ci ildə 91,5 faizi, 2012-ci ildə 92,9 faizi, 2013-cü ildə 93,6 faizi, 2014-cü ildə 92,2 faizi, 2015-ci ildə 93,1 faizi, 2016-cı ildə 96 faizi, bu ilin 8 ayı ərzində isə 97,3 faizi məhdud məsuliyyətli cəmiyyət təşkilati-hüquqi formasında yaradılıb.

- Yerli və xarici investisiyalı müəssisələrin say bölgüsü necədir? Müşahidələrinizə əsasən, hansı xarici ölkələrin investorları Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maraq göstərirlər?

- Hazırda say bölgüsü baxımdan yerli investisiyalı müəssisələr üstünlük təşkil edir. Lakin son dövrlər xarici investisiyalı müəssisələrin qeydiyyatında da yüksək dinamika özünü göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatının “bir pəncərə” prinsipi ilə qeydiyyata alınmasına başlanmasından ötən müddət ərzində dövlət qeydiyyatına alınmış 36 min 254 hüquqi şəxsdən 5470-i xarici investisiyalı müəssisələrdir ki, bu da cəmi qeydiyyata alınan müəssisələrin 15,1 faizini təşkil edir.

Son 8 ay ərzində qeydiyyata alınan 558 xarici investisiyalı müəssisələrdən 147-si (26,3 faiz) Türkiyə Respublikasının, 81-i (14,5 faiz) İran İslam Respublikasının, 52-si (9,3 faiz) Pakistan İslam Respublikasının, 39-u (7 faiz) Rusiya Federasiyasının, 29-u (5,2 faiz) Hindistanın, 25-i (4,5 faiz) Ukraynanın, 25-i (4,5 faiz) Gürcüstanın, 160-ı isə (29 faiz) digər xarici ölkələrin investorlarıdır.

- Beynəlxalq qurumlar Azərbaycandakı iqtisadi prosesləri diqqətlə izləyirlər və onların hesabatlarında ölkəmizin vergi sisteminin mövqeyinin irəliləyişinin şahidi oluruq. Bu tendensiyanın saxlanılması üçün hansı işlər görülür?

- İlk növbədə vurğulamaq istərdim ki, hazırda “Doing Business”in son hesabatına görə Azərbaycanın mövqeyi 5-ci pillədə qərarlaşıb. Bu yerin qorunub saxlanması və daha yuxarı pillələrə addımlamaq istiqamətində daim yeni təkliflər irəli sürülür və qabaqcıl təcrübə öyrənilir.

Bildiyimiz kimi, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı yalnız yerli investisiyalı hüquqi şəxslər üçün mümkündür. Artıq xarici investisiyalı hüquqi şəxslərin də onlayn qeydiyyatının aparılması istiqamətində hazırlıq işləri gedir. Layihə hazırlanaraq Azərbaycan hökumətinə təqdim edilib. Bu addımın atılması imkan verəcək ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının tamamilə elektron qaydada aparılması mümkün olsun. Nəzərə alsaq ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron qaydada 1 gün, kağız daşıyıcıda isə 2 gün ərzində həyata keçirilir, bu layihə reallaşandan - qeydiyyat tam elektronlaşandan sonra qeydiyyat prosesinin müddətinin daha da azalmasına nail olunacaq ki, bu da beynəlxalq hesabatlarda və reytinq sıralamalarında Azərbaycanın mövqeyinin daha da irəliləməsinə səbəb olacaq.

- Hazırda hansı layihələr üzərində iş gedir?

- Vergilər nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklərin edilməsi barədə təkliflər” layihəsinə rəy bildirilməsi üçün komissiya yaradılıb. Bu komissiya tərəfindən rəy hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib.

Layihədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Şəxslər” bölməsində dəyişikliklərin edilməsi, bir sıra yeni institutların yaradılması, habelə mövcud institutlarla bağlı hüquq münasibətlərinin fərqli qaydada tənzimlənməsi nəzərdə tutulur. Hesab edirəm ki, həmin layihə qəbul olunduqdan sonra hüquqi şəxslərin dövlət qeydiyyatını tənzimləyən bir çox normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi zərurəti yaranacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Azərbaycanın Müstəqillik Günü İstanbulda təntənəli bayram tədbiri ilə qeyd olunub

Kolumbiyada öküz döyüşləri qadağan edilib

Fuad Muradov Moldovada yaşayan Azərbaycan icması ilə görüşüb

Azərbaycanın Müstəqillik Günü Vaşinqtonda qeyd olunub

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib

Laçında "Sağlam həyat" günlərinə start verilib

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində AXC-nin yaranmasının 106-cı ildönümünü qeyd edilib

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Xocalı sakini: Bu qədər işlər görmək yalnız Prezident İlham Əliyevin qüdrəti idi

Keçmiş məcburi köçkün: Bu gün bizə möcüzə kimi görünür

Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb

Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb

Fransada əczaçılar tətil keçirəcəklər

İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib

İtaliya demoqrafik böhran riski ilə üzləşib

Qətərin biznes mərkəzlərinin fasadı Azərbaycan bayrağı ilə işıqlandırılıb

Papuaşvili: Azərbaycanla Gürcüstan regional sülh istiqamətində sıx əməkdaşlıq edir

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB VİDEO

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir