Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İlham Əliyevin Brüsseldə qoyduğu nöqtə və ya Ermənistan eyni bataqlıq qarşısında

İlham Əliyevin Brüsseldə qoyduğu nöqtə və ya Ermənistan eyni bataqlıq qarşısında

Brüssel, 17 dekabr, AZƏRTAC

Bu həftənin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən geniş işıqlandırılan Brüssel səfəri sözün əsl mənasında tarixi səfər oldu. Söhbət təkcə proqramın zənginliyindən və keçirilən görüşlərin keyfiyyətcə məzmunundan getmir, sözsüz ki, bu görüşlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət kəsb edirdi. Bu səfər, ilk növbədə, Azərbaycan dövlətinin başçısının NATO-nun Baş katibi Yens Stoltenberq ilə Şimali Atlantika alyansının mənzil-qərargahında keçirilən görüşün nəticələrinə dair jurnalistlər qarşısında çıxışı zamanı “Azadlıq Radiosunun” müxbiri Rikard Jozviakın sualına verdiyi rezonans doğuran cavabla tarixə düşmüşdür. Prezidentin verdiyi cavab həm Azərbaycan cəmiyyətində, həm də bütün bölgədə, ilk növbədə, qonşu Ermənistanda əks-səda doğurdu.

Zəngəzur dəhlizinin hüquqi rejimi məsələsinə toxunan Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, o, “Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Prezident İlham Əliyevin cavabı, ilk növbədə, ona görə həftənin sensasiyası oldu ki, o, Azərbaycanın bu məsələdə mövqeyinə aydınlıq gətirdi və ilk dəfə bu mövqe ictimaiyyət qarşısında son dərəcə aydın və birmənalı şəkildə ifadə edildi. Bununla da bu məsələyə nöqtə qoyuldu və Zəngəzur tranziti necə olacaq və ya necə olmalıdır sualının ətrafında gələcək spekulyasiyalar üçün meydan daraldı.

Bu mövzu ilə bağlı bütün gözlənilməz dəyişiklikləri daha aydın başa düşmək üçün 2020-ci ilin 44 günlük Vətən müharibəsinin sonuncu akkordlarını yada salmaq lazımdır. Xatırladığımız kimi Ermənistanın kapitulyasiyası və üçtərəfli Bəyanatı imzalaması haqqında xəbəri Azərbaycan əsgəri Laçın şosesində möhkəm dayanıb Gorusdan Xankəndinə gedən yolu bağlayaraq qarşılamışdı. İmzalanmış sənədin şərtlərinə görə tərəflər öz mövqelərində qalırdılar. Belə çıxır ki, günümüzdə ermənilərin heç nə olmamış kimi sərbəst şəkildə Ermənistanla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası arasında hərəkət etdiyi Laçın dəhlizi də olmamalı idi. Özlüyündə, imzalanmış bəyanatın 1-ci bəndinin ifadəsinə və ruhuna uyğun olaraq!

Lakin məhz Azərbaycan bu yoldan öz qoşunlarını çəkdi, diplomatik dillə desək, bu yolu “nəzakətlə təqdim etdi”, lakin bu, “özlüyündə labüd” və olduğu kimi qəbul edilən hərəkət yox, Azərbaycan Respublikasının əsas (yaxud da bəzən deyildiyi kimi “ana”) hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bir vaxtlar bolşeviklərin həmin torpaqlarda yaranmış Ermənistana hədiyyə verdiyi Qərbi Zəngəzur ərazisi vasitəsilə eyni dərəcədə maneəsiz quru nəqliyyat əlaqəsinin açılması müqabilində atılmış addım idi. Laçın dəhlizi bir saniyə belə qalib (!) Azərbaycanın məğlub (!) Ermənistana “birtərəfli qaydada güzəşti” kimi qəbul edilməməli idi və belə hesab edilmirdi. Bu daha çox Ermənistan tərəfindən Azərbaycanın coğrafi cəhətdən ayrılmış iki hissəsi arasında öz xarakterinə görə analoji quru kommunikasiyaların gələcəkdə açılmasına qarşı ilk addım hesab edilirdi. Qarşılığın dərhal verilməməsinin yeganə səbəbi o idi ki, erməni barbarlığı nəticəsində Horadizdən Ordubada qədər uzanan və hələ sovet dövründə tikilmiş dəmiryolu şəbəkəsi artıq mövcud deyildi - orada relslər sadəcə olaraq axmaqcasına sökülərək metal qırıntıları kimi satılmışdı! Əlbəttə, ermənilərə eyni tərsliklə cavab verib Mehri ərazisindən simmetrik kommunikasiyalar bərpa edilməmiş Laçın yolundan çıxmaqdan imtina etmək də olardı. Lakin Azərbaycan nə vaxtsa humanizm və xoş məramda xəsislik edibmi?

Rəşadətli Azərbaycan əsgəri axıtdığı qanın hesabına bir müddət əvvəl üzərinə çıxdığı və Ermənistanın kapitulyasiyasına qədər möhkəm durduğu Laçın yolunu tərk etdi. Geri çəkilmək haqqında əmr verərkən Ali Baş Komandan belə bir ümid və inamı əldə rəhbər tutmuşdu ki, Ermənistan da kapitulyasiya zamanı üzərinə götürdüyü öhdəliklərə, xüsusən də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd edilən öhdəliklərə sadiq qalacaq.

Lakin sənədin altında qoyulan üç imzanın mürəkkəbi qurumamış ermənilərin ilk fırıldaqları başladı. Əvvəlcə, İrəvan öz silahlı birləşmələrini Qarabağdan çıxarmaq barəsində öhdəlik götürdüyü 4-cü bəndə rəğmən nədənsə Azərbaycana hərbi qulluqçuların yeni qrupunu göndərməklə bununla da Azərbaycan komandanlığını anti-diversiya əməliyyatı keçirməyə vadar etdi. Sonra o, nədənsə Bakını tərəflərin öz mövqelərində qalması öhdəliyi sahəsində “üçtərəfli bəyanatı pozmaqda” ittiham edərək, açıq-aşkar unutdu ki, azərbaycanlı xüsusi təyinatlıların Ermənistanın Şirak vilayətindən gələn gözlənilməz və çağırılmamış “qonaqların” qarşısına çıxması başabəla erməni generallarının həmin diversiya qrupunu göndərməsinə legitim və təxirəsalınmaz reaksiyası idi. İrəvan heç ümumiyyətlə yadına da salmadı ki, müharibədən dərhal sonra Azərbaycan ələ keçirdiyi mövqelərdə ləngimədi (halbuki bunu edə bilərdi) və öz qüvvələrini Laçın avtomobil yolundan uzaqlaşdırdı. Bir müddət keçdikdən sonra da İrəvan yeni isteriyaya rəvac verərək Bakını... “hərbi əsirləri” saxlamaqda ittiham etdi, lakin bu arqumentlərə heç fikir vermədi ki, beynəlxalq konvensiyalara görə, ümumiyyətlə, hərbi əsirlər müharibə bitdikdən sonra deyil, onun gedişində olur. Nəhayət, erməni hiyləgərliyinin apofeozu Azərbaycanın Qarabağ iqtisadi regionu ərazisində öz etnik həmyerliləri ilə əlaqə yaratmaq üçün Ermənistanın əldə etdiyi dəhlizə oxşar dəhliz açmaqdan imtina etməsi oldu. Burada isə tamamilə absurd arqumentlər işə düşdü. Bilirsinizmi, üçtərəfli Bəyanatın 9-cu bəndində... “dəhliz sözü yoxdur”, ona görə də Zəngəzur və Laçın tranzitləri, necə deyərlər, “eyni deyil” və indi Ermənistanın həmin dəhlizin giriş və çıxışında öz pasport-gömrük buraxılış məntəqələri qurmaq “hüququ var”.

Aman Allah! Doqquzuncu bənddə “dəhliz” sözünün olub-olmaması məgər vacibdirmi?! Təkcə maneəsiz [kommunikasiya] sözü bunu başa düşmək üçün kifayət deyilmi ki, istənilən post - gömrük, pasport nəzarəti, fitosanitar və ya digər nəzarət elə “maneə” deməkdir və “maneəsiz kommunikasiya” sözləri ilə heç cür uzlaşmır! Başqa sözlə, erməni ekspertlər həmin ölkənin ali siyasi rəhbərliyi kimi “maneəsiz” sözünə göz yumaraq həmin bənddə... “dəhliz” sözünün olmamasından yapışırlar. Guya “dəhliz” sözünün olub-olmaması nəyisə əsaslı surətdə dəyişir.

Erməni politoloji təfəkkürünün yeni “möcüzəsi” - “dəhliz məntiqi” ifadəsi tələsik uydurularaq dərhal dövriyyəyə daxil edildi. Bu ifadə onun müəlliflərinin fikrincə Laçın yolundakı kimi hər hansı baxış və ya nəzarətin olmamasını nəzərdə tutur. “Dəhliz” sözü bəyanatın Laçınla əlaqədar bəndində olduğuna, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əlaqələrdən bəhs edən bənddə olmadığına görə onlar qışqırırlar: “ura, işimiz düzəldi” - Zəngəzurda dəhliz “olmayacaq”, gömrük və digər postlar isə “olacaq!”.

Bu halda bir neçə maraqlı sual yaranır.

Birincisi: Əgər hər şey həqiqətən Ermənistanın “ağıllıları” bizi inandırmağa çalışdığı kimidirsə, icazə verin maraqlanaq ki, “dəhliz” sözünün termin olaraq ermənilər tərəfindən anlaşılmasına və interpretasiyasına uyğun gələn tərifi hansı ensiklopediyada və ya beynəlxalq konvensiyada var? Heç olmasa bir istinad verin! Niyə düşünürsünüz ki, dəhliz mütləq qaydada gömrüksüzlük, nəzarətsizlik və ümumiyyətlə “sərbəst gəzintidir”? Nə olsun ki, üçtərəfli bəyanatda söhbət Laçın dəhlizindən gedir! Azərbaycanın bu yolda öz nəzarət-keçid məntəqələrini qurmaq üçün tam hüququ var, xüsusilə də Ermənistanda Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçukun ölkələrin suverenliyinin bütün yollar üzərində saxlanması barədə kontekstdən çıxarılmış sözlərinə istinad etməyi sevirlər (baxmayaraq ki, o, ayrılıqda Zəngəzur seqmentini deyil, bütün kommunikasiya sistemlərini nəzərdə tuturdu). Vəssalam! Deməli, Bakı Laçın rayonunun girişində öz postlarını qurmaq hüququna malikdir, xüsusən ona görə ki, beynəlxalq münasibətlər nəzəriyyəsində “dəhliz” sözünün tərifi yoxdur və o, xüsusilə Laçın dəhlizində postların olmasını istisna etmir.

İkincisi: Əgər “dəhliz” sözü erməni “ekspertlərinin” özlərini və bizləri inandırmağa çalışdıqları kimi sərbəst tranziti nəzərdə tutursa, həmin sözün olmaması isə nəzarət məntəqələri qurmağa imkan verirsə, görəsən Ermənistanda TRACECA, CPEC, BCIM və INSTC kimi abreviaturaların mənasını bilirlərmi? Burada biz yalnız bir neçə məşhur beynəlxalq nəqliyyat və iqtisadi dəhlizləri qeyd edirik. Xüsusilə, bu abreviaturalarda “C” hərfi nə deməkdir? Axı onlar hamısı planetin müxtəlif hissələrində transmilli nəqliyyat dəhlizləridir! Məgər bu dəhlizlər boyu gömrük postları yoxdur? Odur ki, qoy, İrəvanda Laçın dəhlizi ilə bağlı elə də böyük illüziyalar qurmasınlar. Dəhliz dəhlizdir, amma postlar digər beynəlxalq dəhlizlərdə olduğuna görə orada da meydana gələ bilər!

Nəhayət, bu söz kimlərisə elə güclü qıcıqlandırırsa, istəsəniz yolu “Zəngəzur dəhlizi” deyil, “Zəngəzur dəhlizsizliyi” adlandıraq! Məgər məsələ termindədir? Məsələ onun maneəsizliyindədir və bu, imzalanmış üçtərəfli Bəyanatda birmənalı şəkildə müəyyən edilmişdir. Belə də yazarıq - “maneəsiz Zəngəzur dəhlizsizliyi”. Cənab qonşular, bu, sizi qane edirmi?

Nəhayət, sonuncu, necə deyərlər, desert. Ermənistanda, xüsusilə də bu həftə Prezident Əliyevin Brüsseldə bu məsələyə aydınlıq gətirməsindən sonra başa düşməlidirlər ki, İrəvanın tərsliyinin davam etməsi həqiqətən də Laçın rayonunun girişində pasport-gömrük nəzarəti postlarının yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, bunun perspektivdə (hətta uzaq deyil, yaxın perspektivdə) regionun ümumi mənzərəsinə necə təsir edəcəyini Ermənistanda müstəqil şəkildə bizim sözlərimiz olmadan da anlaya bilərlər. Sadəcə olaraq, eyham vurmaq istərdik ki, Araz çayının iki sahili var. Bir tərəfdə artıq çox yaxşı avtomobil yolu qurulub və ona paralel olaraq müəyyən investisiyalar olarsa, dəmir yolu da meydana gələ bilər. Nə olsun, “A” və “B” məntəqələri arasında iki yeni körpü... Tikilməkdə olan Horadiz-Ağbənd avtomobil və dəmir yolları istənilən halda istismarsız qalmayacaq. Prinsipcə, əgər keçid üçün pul ödəmək və hər cür baxış və nəzarət növlərindən keçmək varsa, hara ödəniş etməyin nə fərqi var?! (şəxsən mənim üçün bu, ritorik sualdır). Bəzi ölkələr xüsusilə sanksiyalar şəraitində gözlənilmədən xəzinəyə əlavə gəlir mənbəyi əldə etməyi çox istəyərdi...

Onda Ermənistan nə ilə üz-üzə qalacaq? Laçın yolunda postlarla, Zəngəzurda mənasız şantajın sıfır bəhrəsi ilə və bütün digər sahələrdə əldən buraxılmış imkanlarla. Bir sözlə, həmişəki kimi sınıq təknə qarşısında. Nəhayət bəlkə, perspektivləri ayıq başla qiymətləndirib eyni bataqlığa girməməyə dəyər?

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq