REGİONLAR
İmişlidə tərəvəz sahələrinin hər hektarından 121 sentnerdən çox məhsul götürülür
İmişli, 16 iyul, Mahir Babayev, AZƏRTAC
İmişli fermerləri cari ilin məhsulu üçün erkən yazda əkdikləri bitkiyə yaxşı qulluq göstərdiklərinə görə sahələrdə bol məhsul yetişib.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mövsüm imişlili əkinçilər 178 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 758,2 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 121,7 sentner olub. Yığılmış məhsulun 11,5 tonu göy lobya, 244 tonu xiyar, 274 tonu pomidor, 19 tonu badımcan, 100 tonu soğan, 89,7 tonu isə sair tərəvəzlərdir. Əkinçilər, həmçinin becərdikləri 255,2 hektar bostan sahəsindən indiyədək 334,9 ton qarpız-yemiş yığıblar.
Rayonda tərəvəz yığımı sürətlə davam edir. Əkinçilər gün ərzində 25-30 hektar sahənin məhsulunu yığırlar.