CƏMİYYƏT
İNŞAAT ŞİRKƏTLƏRİNİN SAYI ARTIR
1998-2001-ci illərdə tikinti işləri aparmaq üçün lisenziya almış inşaat şirkətləri ölkəmizin dövlət büdcəsinə təxminən 4 milyard manat pul köçürmüşlər. Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsindən məlumat vermişlər.
Bu müddət ərzində Dövlət Komitəsi 805 inşaat şirkətinə, o cümlədən 83 xarici şirkətə lisenziya vermişdir. Bunlardan 584-nü tikinti-quraşdırma işləri ilə məşğul olan şirkətlər və firmalar almışdır. Layihə işləri görmək üçün 157, mühəndis-axtarış işləri aparmaq üçün 35 şirkətə, işəsalma- sazlama işləri üçün isə 16 inşaat firmasına icazə verilmişdir.
Tarixi abidələr və memarlıq obyektləri də diqqətdən yayınmamışdır. 13 inşaat firması onların bərpasına və yenidən qurulmasına icazə almışdır.
Komitədən lisenziya almış 83 xarici inşaat şirkəti isə yaşayış evləri, ticarət mərkəzləri və s. Tikməklə məşğuldur.