RƏSMİ XRONİKA
«İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAĞA SƏLAHİYYƏTİ OLAN VƏZİFƏLİ ŞƏXSLƏRİN SİYAHISI»NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 28 SENTYABR TARİXLİ 634 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 481-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 872) ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»na aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1.1. 2.1-ci və 2.2-ci bəndlərdə «151.1-151.5-ci» rəqəmləri «151.1-151.4-cü» rəqəmləri ilə, «156-162-ci» rəqəmləri «156-160-cı, 162-ci» rəqəmləri ilə, «163.0.3-163.0.10-cu» rəqəmləri «161-ci, 163.0.3-163.0.10-cu, 163.0.13-cü» rəqəmləri ilə əvəz edilsin, «152.1-152.3-cü,» rəqəmlərindən sonra «152-1.1-152-1.3-cü, 152-2.1-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci» rəqəmləri əlavə edilsin;
1.2. 2.1-ci bənddə «154-cü» rəqəmi «154.1-ci, 154.4-cü» rəqəmləri ilə əvəz edilsin;
1.3. 2.6-cı bənd çıxarılsın.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2008-ci il.