SİYASƏT
İrakli Çikovani: Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazırdır
Tbilisi, 22 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 22-də bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub.
Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik Fuad İbrahimov da iştirak edib.
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]