DÜNYA
İraqda iki kütləvi məzar aşkarlanıb
Tehran, 2 sentyabr, AZƏRTAC
İraqda insanların kütləvi şəkildə dəfn edildiyi iki məzar aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının nümayəndəsi Əli Əl-Bəyati mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, hər iki məzarda 12 min insanın qətlə yetirilərək dəfn edildiyi məlum olub. Məzarların tapıldığı ərazilər İŞİD terrorçu qruplaşmasının işğalı altında olan ərazilərdir. Onun sözlərinə görə, 2014-cü ildə adıçəkilən terrorçu qruplaşma İraqda 1200 adam oğurlayıb, onlardan 600-ü qadın, 120-si isə uşaq olub. Ümumilikdə 7 min insanın oğurlanması faktı sübut edilib. Hazırda onların axtarışı davam edir.
Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraqın ərazisinin 30 faizini işğal edərək 2 il ərzində nəzarətində saxlayıb. Bu müddət ərzində həmin ərazilərdə insanlığa sığmayan cinayətlər törədilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [23:05]
Rumıniyada NATO-nun təlimi keçiriləcək
- 30.04.2024 [22:26]
Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]