İDMAN
İtaliya mətbuatı Formula 1 SOCAR Azərbaycan Qran-Prisini geniş işıqlandırılıb
Roma, 2 may, AZƏRTAC
Bakıda keçirilmiş Formula 1 SOCAR Azərbaycan Qran-Prisi İtaliyanın “Formula1.ferrari”, “It.eurosport”, “Sport.repubblica”, “F1ingenerale”, “F1world.it”, “Newsf1”, “Tuttomotorsport”, “Rmcmotori”, “Sport.tiscali”, “Mbenz.it”, “Sportfair.it”, “Circusf1”, , “Sportal.it”, “P300.it”, “Newsstandhub”, “Clubalfa.it”, “Sportnews.eu”, “Giornalemotori”, “Wheels.iconmagazine.it” idman saytlarında və “ANSA”, “Lastampa”, “Sportmediaset”, “Video.sky.it”, “Quotidiano.net”, “Laquotavincente”, “Messaggeroveneto” , “Lanuovasardegna.it”, “Virgilio.it”, “Cronachedi.it” kimi aparıcı mətbuat orqanlarında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məlumatlarda yarışın gedişi, nəticələri, turistlər üçün cəlbediciliyi, pilotlar, Bakının gözəlliyi, Azərbaycanın tarixi məkanları və dinamik inkişafı barədə ətraflı məlumat verilir. Yarışın yüksək səviyyədə keçirildiyi, azarkeşlərə həyəcanlı anlar yaşatdığı diqqətə çatdırılır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma