Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi. Bakı Olimpiya Stadionundan AZƏRTAC-ın onlayn reportajı FOTO VİDEO

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün davam edən yarışlar əsl idman və həmrəylik bayramına çevrildi, bir çox maraqlı məqamlar və parlaq qələbələrlə yadda qaldı. Bu axşam isə Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimin şahidi olacağıq.

Bu gün “Bakı-2017”nin uğurunu şərtləndirən iki amili xatırlatmaq yerinə düşər. Yarışların gedişi bir daha təsdiqlədi ki, Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara yüksək səviyyədə hazırlıq görülüb, ən incə detallar belə nəzərə alınıb. Bakının 16 idman arenası bu on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Əminliklə demək olar ki, Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyir: “Azərbaycan paytaxtında möhtəşəm idman və dostluq bayramı başa çatır. Bakı İslam ölkələrinin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələri qeyd etmək məqsədilə gözəl şəraiti təmin etdi. Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. İslam Həmrəyliyi İdman Federasiyası adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Biz sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.

Azərbaycan Respublikasının gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov vurğulayır ki, Oyunlar İslam ölkələrinin dostluğunu təcəssüm etdirdi: “IV İslam Həmrəyliyi Oyunlarının həyəcan dolu 10 günü idman, bayram və dostluğun təntənəsindən xəbər verir. “Bakı-2017” Əməliyyat Komitəsinin işinin başa çatmasına baxmayaraq, paytaxt şəhərimizin dünyada beynəlxalq idman və mədəniyyət mərkəzi kimi fəaliyyəti davam edir. Biz Bakıda bu yay keçiriləcək Formula-1 Azərbaycan Qran-Pri turnirində, 2017-ci ildə qadınlar arasında Avropa voleybol çempionatında və 2020-ci ildə UEFA-nın Avropa çempionatının dörddəbir final oyunlarında və üç qrup qarşılaşmasında bütün dünyanı yenidən salamlamağı arzulayırıq”.

Oyunların uğurunu təmin edən digər mühüm amil son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. Belə ki, Bakı ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib, özünü dünyada idman ölkəsi olaraq tanıda bilib. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu.

Statistikaya nəzər salaq. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

“Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurub. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.

Türkiyə ikinci (194 medal), İran üçüncü (97 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləməsi və qaliblərə medalları şəxsən təqdim etməsi Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən hazırlanan və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə reallaşdırılan bağlanış mərasimindən onlayn reportaja başlayır.

 

20:50

Tamaşaçılar gözəl və mükəmməl idman qurğusu olan Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini tutublar: 68 min yerlik stadion tamaşaçılarla dolub. Meydança müasir səs sistemi ilə təchiz olunmuş 360 dərəcəli nəhəng səhnəyə çevrilib.

Səhnə tərtibatı İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanır. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış və hamarlanmış, diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan “Həyat ağacı” yerləşdirilib.

Mayın 20-də atletika yarışları başa çatdıqdan sonra səhnə cəmi 36 saat ərzində qurulub. “Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin hazırlanmasına 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunub. Bağlanış mərasimi 1500 könüllü tərəfindən canlandırılacaq.

Qarşıdakı mərasimin möhtəşəmliyini bu faktlardan aydın görmək olar: Oyunların açılış şousunda istifadə olunmuş 270 dönmə dərəcəli işıq dirəyini 360 dönmə dərəcəsinə çevirmək üçün 12 nəfər 36 saat çalışıb. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Stadionda 300-dən çox səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. Mindən çox işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. “Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin kostyumlarının tikilməsi üçün 15 min metr parçadan istifadə olunub.

 

21:02

Monitorda təsvir: İçərişəhərdə gənc qadın havaya qızılı toz üfürür. Gilavar qonaqpərvərliyi və xeyirxahlığı ilə məşhur olan ölkəmizdə hər qapını açaraq onu bütün Azərbaycana yayır.

Xəzərdən əsən, özü ilə hərarət gətirən külək - gilavar qışı yumşaldır, havanı mülayimləşdirir və nəhayət, baharın müjdəsini çatdırır, insanları dənizkənarı bulvara, əylənib şənlənməyə səsləyir. Hamını qoynuna alan gilavar küləklər şəhəri Bakıya qonaq gələn hər kəsi salamlayır. Məhz onun müsbət, güclü enerjisi bağlanış mərasiminin əsas qayəsini təşkil edir.

Tamaşaçı Azərbaycanın bir çox təbii və memarlıq abidələrini - Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız qalası və Heydər Əliyev Mərkəzini seyr edərək, Bakı Olimpiya Stadionuna gəlib çıxır.

Sonra 10-dan 1-ə geriyə sayım başlayır və bununla da IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start verilir.

Bu axşamkı mərasimdə 1500 könüllü çıxış edir.

Stadionda Yaşar Baxışın “Əbədi birlik” əsəri səslənir.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri hərarətlə salamlayırlar.

 

21:08

Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, Kral Filarmonik Orkestrinin ifasında səsləndirilən dövlət himnimizin sədaları altında dirəyə qaldırılır. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayır.

 

21:10

İdmançıların paradı başlayır. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil olurlar.

 

21:15

Paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayır. Tamaşaçılar Oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayırlar. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olunur.

Xatırladaq ki, yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.

İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını səsləndirirlər.

 

21:30

Səhnədə quraşdırılmış “Həyat ağacı”na su verilir və o, rişə atmağa başlayır. Ağacın ümumi uzunluğu 80 metr olan kökləri səhnənin kənarından çıxır.

Aktyorlar qrupu üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolaqla səhnəyə çıxırlar. Quşlar onların başları üzərində uçur və bu zaman ipək zolaqlar birləşərək gözəl mənzərə yaradır. Yaşıl rəng - meşələri, qəhvəyi - dağları, göy isə çayları təcəssüm etdirir.

İpək zolaqlar sonda Azərbaycan bayrağının formasını alır.

Mindən çox ağ hava şarı buludlara çevrilir və aktyorlar onları ip vasitəsilə hərəkətə gətirirlər. İpək zolaqlar Azərbaycanın yerdən çıxan əbədi odlarını əks etdirir.

Səhnə üzərində qanadlarının uzunluğu 3,4 metr olan 50 süni quş uçur.

“Şərəfli ölkə” adlanan bu səhnənin nümayişi zamanı Azərbaycan musiqi qrupu “Amarok” “İncilər” mahnısını səsləndirir.

 

21:33

Stadiondakı ekranlarda 10 günün unudulmaz anları, idman yarışlarından epizodlar nümayiş etdirilir. Biz inanılmaz bacarıq, mübarizlik və sevinc anlarını seyr edirik. Yarışların sevincli və kədərli anları da oldu. Bununla belə, son nəticədə dostluq qalib gəldi.

Yarış epizodlarının nümayişi zamanı Azərbaycanın “Eurovision-2015” beynəlxalq mahnı müsabiqəsinə təqdim etdiyi “Hour of the Wolf” mahnısı səsləndirilir.

 

21:40

Günəş qalxır və səhnə üzərində hərəkət edir. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilir. Diametri 6 metr olan günəşin şüası səhnədə tamaşaya start verir.

“Xəzərin üzərində nur” adlanan bu səhnəciyi 454 aktyor canlandırır. Stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli sədaları səslənir.

Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən çox əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırır. Kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənir. Günəş öz yerini tutduğu zaman həmin kitablar açılaraq göy işıq saçır və havaya qaldırılaraq Xəzərin gözəl 3D görüntüsünü yaradır.

 

21:45

Stadionda “Gilavar” səhnəsinin nümayişi başlayır. Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələr əks olunur. Kimi çərpələng və hava şarları ilə oynayır, kimi şahmat taxtası arxasında əyləşib, kimi də küləyin əllərdən qopardığı qəzetlərin arxasınca qaçır. Bütün rekvizit və kostyumlar gilavarı əks etdirən dalğavari naxışlarla bəzədilib.

Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxır.

Mindən artıq hava şarı və gilavar “Həyat ağacı”nın yarpaqlarını gecə səmasına qaldırır.

Stadionda Gülarə Əliyevanın “Şur fantaziyası” səsləndirilir.

 

21:52

Səmada işıq saçan aypara görünür və səhnə üzərində hərəkət edir. Aktyorlar qlobusu saxlayan əlləri və sülh rəmzi olan göyərçini formalaşdırır.

“Həmrəylik ruhu” adlı bu səhnədə aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən, alov mənasını daşıyan buta fiqurlarını yaradırlar.

Aypara səhnənin mərkəzinə doğru hərəkət edir. Səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandırır. Onlar fəvvarəyə çevrilən su sinisini dövrəyə alırlar. Əllidən çox İslam ölkəsinin qovuşan suları gözəl fəvvarəyə çevrilir və ayparaya doğru yüksəlir.

Su yüksəldikcə Aydan parıltılı konfetti düşür.

Bu axşam Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşür.

Natiq ritm qrupunun ifasında “Qarabağ” mahnısının sədaları stadiona yayılır.

Diqqət yenidən monitorlara yönəlir. Stadionda Azad Vəliyevin “Yeni Gün” mahnısı səslənir. Ekranlarda təxminən 8000 könüllünün Oyunların uğurla keçirilməsinə verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunur.

 

22:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunur.

Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi - IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyir: Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı.

İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirir ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar.

Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyir ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.

“Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirir.

Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırır və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edir.

“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri IV Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edir.

 

22:05

Mikrofon önünə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser keçir. O vurğulayır ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirir.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi çıxışını bu sözlərlə tamamlayır: “Dörd ildən sonra “İstanbul 2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”

 

22:09

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirilir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endirirlər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edir.

Bu səhnələr Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi, Rövşən Əsgərzadənin “Qəhrəmanlıq uvertürası” ilə müşayiət olunur.

Türkiyənin dövlət himni - “İstiqlal marşı” səsləndirilir və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırılır.

 

22:19

Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam edir.

Tamaşaçılar Səmra Rəhimlinin “O sevir”, “Miracle”, Nigar Camalın “Çağıran da ürəkdir” və “Sus” mahnılarını coşqu ilə qarşılayırlar.

22:52

Konsert proqramında tanınmış ifaçılar Miri Yusif “Ağ təyyarə” və “Səndən bir dənədir”, Səbinə Babayeva “When the Music Dies” və “Can”, Eldar isə “Tell Me About Love” və “The One” mahnılarını təqdim edirlər. Bu axşam səsləndirilən dörd mahnı Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib.

Rəngli döşəmədəki proyeksiyalar səhnəyə canlılıq gətirir.

 

Tünzalə Ağayevanın ifasında “Sürət - 2017 Azərbaycan Qran-Prisi” mahnısı səslənir. İfa zamanı 30 səhnə iştirakçısı Bakı şəhər halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs edir. 

Müğənni “Birlik” konsertini “Bakı-2017” könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən Azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırır.

Yaddaşlarda dərin iz qoyan, tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatır.

 

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi. Bakı Olimpiya Stadionundan AZƏRTAC-ın onlayn reportajı FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır