Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdullayev: Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır

Bakı, 2 dekabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Dövlət müşavirinə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. S.Orucov gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verərək deyib: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev həm də dünya səviyyəsində tanınmış görkəmli yazıçıdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb.

Kamal Abdullayev gənc yaşlarında Moskva kimi bir şəhərdə doktorluq dissertasiyası müdafiə edib. Sovet dövründə buna nail olmaq üçün həddindən artıq savadlı və əzmli olmaq lazım idi.

Akademik Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru olduğu müddətdə də həmin ali məktəbin dünyanın aparıcı universitetləri ilə bir sırada dayanması üçün səylə çalışıb, oradakı savadlı, qabiliyyətli tələbələrin ümid yeri olub. İndi də həmin universitetin məzunları, tələbələri Kamal Abdullayevi minnətdarlıq hissi ilə xatırlayırlar.

Son dövrlərdə Kamal Abdullayev həm də Prezident İlham Əliyevin dövlət səviyyəsində həyata keçirdiyi multikulturalizm siyasətinin reallaşması üçün böyük əzmlə çalışır. Məhz akademikin birbaşa təşəbbüsü və təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi çoxsaylı beynəlxalq və regional layihələrə imza atır”.

Dövlət müşaviri Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini BBMM-də görməkdən və onlarla görüşdən məmnunluğunu ifadə edərək deyib: “Multikulturalizm ili” ilə bağlı istər-istəməz özümə hesabat verdikdə, il ərzində görülən işləri çək-çevir etdikdə nə isə intuitiv şəkildə hiss edirdim ki, elə bil hansısa boşluq qalıb. Mənə elə gəlir ki, bu gün burada sizinlə görüşümüz o boşluğu dolduracaq.

“Multikulturalizm ili” elan olunduqdan sonra xalqımızın canında, qanında, genetik yaddaşında yaşayan multikultural dəyərlər, o enerji oyandı, sanki sel kimi aşıb-daşdı.

Prezident İlham Əliyevin apardığı ardıcıl multikulturalizm siyasətinin təcəssümü kimi son dövrlərdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Sistemli şəkildə yaradılan bütün bu təsisatlar görülən işlərlə bir-birini tamamlayır.

Dövlətimizin başçısı İlham Əliyev “Multikulturalizm ili”ndə də elə aydın hədəflər göstərdi ki, bizə ancaq bunları reallaşdırmaq qalırdı. Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratmış olduğu Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bəşəriyyətin gələcəyinin inkişafını duya bilir. Dövlət səviyyəsində multikulturalizm siyasətinin aparılması da buna sübutdur. Məhz belə bir siyasətin aparılması nəticəsində Azərbaycan insanının da təfəkkürü, düşüncə tərzi daha da inkişaf edib. Əgər illər öncə biz rayonlara səfərlərə gedəndə şəxsi xahişlər olurdusa, indi ictimai təklif və xahişlərlə yanaşırlar. Bütün bunlar Azərbaycan insanının da nə qədər dəyişməsinin göstəricisidir.

Fəaliyyətə başladığı iki il ərzində və cari “Multikulturalizm ili”ndə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra dövlət qurumları ilə birgə beynəlxalq və regional layihələr həyata keçirib. Ən böyük layihəmiz “Azərbaycan multikulturalizmi” fənninin xarici və yerli universitetlərdə tədrisidir. 2015-2016-cı tədris ilində Portuqaliya, Ukrayna, Rusiya, Belarus, Almaniya, Polşa, İndoneziya, Türkiyə, İsveçrə, Litva, Bolqarıstan, Çexiya, Gürcüstan və İtaliyanın aparıcı universitetlərində xarici tələbələr Azərbaycan multikulturalizmi fənni vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərləri, multikulturalizm modeli, tolerant ənənələri, ictimai-siyasi vəziyyəti haqqında ətraflı öyrənmək imkanı əldə edirlər. Bu fənnin tədrisi üçün pedaqoji kadrların hazırlığı məqsədilə treninqləri, xaricdə və ölkə daxilində tədrisin keyfiyyəti ilə bağlı monitorinqləri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirir.

Biz mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edirik ki, həmin xarici tələbələr nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi modelini ölkəmizdə öz gözləri ilə görsünlər, əyani şəkildə tanış olsunlar. Beləcə də xarici gənclərdə Azərbaycana qarşı yaranan maraq getdikcə məhəbbətə çevrilir. Bu sevginin nəticəsidir ki, üçüncü beynəlxalq multikulturalizm yay məktəbi ərzində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə “Azərbaycanın Gənc Dostları Klubu” yarandı. Hazırda bu klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm yay və qış məktəblərinin xarici tələbələri, eləcə də xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin dinləyiciləri daxil olmaqla 20-dən çox ölkədən 100-dən artıq gənc təmsil olunur. Birliyin saytı da fəaliyyət göstərir.

Multikulturalizm Mərkəzinin layihələrindən bəhs edərkən xaricdəki filialları da qeyd edə bilərik. Hazırda İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, Bolqarıstanda və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Mərkəzin filialları fəaliyyət göstərir.

Mərkəz “Multikulturalizm” jurnalını, Azərbaycan və rus dillərində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını, Virtual dəyirmi masa materialları, “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy” alman alimi Fridrix fon Ditsin önsözü ilə birgə 25 dildə ayrıca nəfis kitabçalar şəklində nəşr edib. “Azərbaycan multikulturalizmi” dərsliyi üzərində işlər isə tamamlanmaq üzrədir”.

Dövlət müşaviri dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşüb. O deyib: “Əsrlərdən bəridir Azərbaycanda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və başqa dinlərin, məzhəblərin nümayəndələri çox normal şəkildə yanaşı yaşamaqdadırlar. Bu, Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsidir. Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır”.

Görüşdə Kamal Abdullayev YAP Gənclər Birliyinin üzvlərini maraqlandıran sualları cavablandırıb. Sonda YAP Gənclər Birliyinin kitabxanasına BBMM-in nəşrləri, görüşə gələn gənclərə isə Mərkəzin hədiyyələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO