İDMAN
Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bəlli olub
Bakı, 22 aprel, AZƏRTAC
Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.
Bununla da “Azərreyl” 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]
İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib
- 03.05.2024 [15:32]