Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Kökenhof – gül krallığı və ya sarı zanbağın sirri

Kökenhof – gül krallığı və ya sarı zanbağın sirri

Bakı, 22 aprel, Anara Axundova, AZƏRTAC

Rəvayətə görə, bir cadugər xoşbəxtliyi sarı zanbağın dibində gizlədib. Çiçək heç cür açılmadığına görə insanlar bədbəxt olublar. Onlar xoşbəxtliyi əldə etmək üçün əllərindən gələni ediblər! Zanbaq şərab və dağ bulaqlarının suyu ilə suvarılırdı, ən gözəl və ən şirin səsli qadınlar ona mahnı oxuyurdu, müdriklər bu məsələni həll etmək üçün çox düşünürdülər. Lakin ləçəklər sıx şəkildə bağlı qalırdı. İnsanlar artıq xoşbəxtliyin heç vaxt onlara nəsib olmayacağını düşündülər…

Hər il martın 20-dən mayın 20-dək Niderlandın Kökenhof gül parkında minlərlə sarı zanbaq açılır. Dünyanın hər yerindən yüz minlərlə insan onları görməyə gəlir. Əlbəttə ki, parkda yalnız sarı zanbaq bitmir.

Kökenhof (tərcümədə - “mətbəx həyəti”) kiçik Lisse şəhərində yerləşən 32 hektarlıq “Kral çiçək bağı”dır. Əvvəllər bu ərazi sıx meşələrlə örtülmüşdü və ov yeri kimi tanınırdı. Parkın yaradılması ideyası 1940-cı illərdə çiçək istehsalçıları və ixracatçılarında yaranıb. 1949-cu ildə Kökenhof ziyarətçilər üçün açıldı - bu il park 75 illik yubileyini qeyd edir. Hər il bura təxminən bir milyon ziyarətçi gəlir ki, bu da cəmi bir neçə ay ərzində bir neçə milyon avro gəlir gətirir (2019-cu ildə bu rəqəm 25 milyon avroya çatıb).

Niderlandlı rəfiqəm Helen ilə səhər tezdən Leyden şəhərindən Kökenhofa yola düşürük. Avtobusla getmək olar – zanbaq mövsümündə Leyden stansiyasından xüsusi reyslə avtobuslar yola düşür. Biz isə velosipedlə getməyə qərar veririk. Daha doğrusu, Helen pedalları hərəkətə gətirir, mən isə onun arxasındakı yük yerində oturmuşam. Çiçək parkı Leyden yaxınlığında olsa da, bu, velosipedçi üçün böyük məsafədir. Lakin bütün niderlandlılar kimi, Helen, necə deyərlər, "velosipeddə dünyaya gəlib”. Niderlandlı uşaqlar sözün əsl mənasında ana bətnində velosipeddə gəzdirilir. Yeni doğulmuş körpələr demək olar ki, dərhal valideynlərinin velosipedinə – sükana qoşulmuş xüsusi uşaq oturacağına yerləşdirilir. Onlar böyüdükcə valideynlərinin yanında sürə biləcəkləri velosipedlərini alırlar. Beləliklə, rəfiqəm Helen uzunluğu 20 kilometr olan yol ilə sakitcə çiçək parkına gedir. Leyden cəzbedici şəhərdir. O, Niderlandda ən qədim olan məşhur universiteti ilə tanınır. Yeri gəlmişkən, ilk zanbaq da məhz Leyden Universitetinin yanındakı Botanika bağında yetişdirilib. Lakin bu barədə bir qədər sonra.

Döşənmiş küçələri, rahat kafeləri, qədim evləri, kilsələri, kanalları və körpüləri olan şəhəri geridə qoyuruq. Biz şəhərətrafı ərazilərlə gedirik – burada sakitlikdir, səs-səmir yoxdur, sanki pastoral mənzərə ilə boşluğa düşmüsən. İndi əla vaxtdır, aprel ayıdır, artıq hava istiləşib, quşlar ağaclarda oxuyur, bağ-bağçalar çiçək açır. Niderlandlılar evlərini səliqə-sahmana salmaq üçün çox vaxt və güc sərf edirlər və bağlarda işləməkdən zövq alırlar: onlar çiçək əkir, gölməçələr düzəldir və çox sevdikləri bağ qnomlarını hər yerə qoyurlar. Lisse şəhərinə yaxınlaşdıqca, yerli sakinlərin bağları daha da möhtəşəm olur. Təbii ki, hər bağçada rəngarəng “türbancıqlar” yüngül yaz küləyində yellənir. Bu qədər çiçək bolluğundan huşunu itirməyəsən deyə, sanki yol səni tezliklə parkda görəcəklərinə hazırlayır.

Kökenhofda təxminən 7 milyon gül soğanaqları təmsil olunur: burada yalnız zanbaqlar deyil, həm də giasintlər, krokuslar, nərgizgülü və digər çiçəklər də yetişir. Lakin zanbaqlar yenə də liderlik edirlər – onların təxminən 4,5 milyon ədəd 100 müxtəlif növü var. Odur ki, Kökenhofun özü və hətta çox vaxt “zanbaq ölkəsi” adlandırılan Niderlandın özü ilə əlaqəli olan zanbağı Kral parkının “kralı” adlandırmaq olar. Ekzotik çiçəyin Niderlandda “mühacir” olduğunu az adam bilir. O, buraya Türkiyədən gəlib. Yeri gəlmişkən, onun adı Avropa dillərində uğurla təsbit edilib və türk dilindən götürülmüş “türban” sözü, daha doğrusu Osmanlı — fars “tülbendin” - türbanlarda istifadə olunan parçanın adından gəlir.

Kökenhofa çatırıq. Helen velosipedi park edir və biz girişə doğru gedirik. İnsanlar o qədər çoxdur ki, darvazanın qarşısında növbəyə durmalı oluruq. Bu, Babil qiyamətinə bənzəyir - nisbətən kiçik bir məkanda müxtəlif millətlərin bu qədər nümayəndəsini görmək və bu qədər dildə danışığı eşitmək nadir haldır. Sanki bütün dünya bura toplaşıb! Bu insanlar planetin müxtəlif nöqtələrindən çiçəklərə baxmaq üçün gəliblər. Bu, heyrətamizdir və çox gözəldir. Eyni zamanda, çox təsirlidir.

Çiçəklərin özləri də eyni müxtəlifliklə adamı heyran edir - parka daxil olanda, sanki kaleydoskopun içinə düşürsən. Çiçəklər sadəcə çiçək ləkində yetişmir, onlar fərqli kompozisiyalarda yığılıb. Bəlkə də ən məşhurlarından biri kənarlarında nərgizgülü və qırmızı zanbaqlar olan göy giasintlərdən ibarət olan “çiçək çayı”dır.

Kökenhofda təkcə çiçək deyil, həqiqi su obyektləri də var - parkda çoxlu sayda göl, gölməçə, şəlalə, kiçik çay, qayıqlarla gəzə biləcəyiniz kanallar var. Helenlə birlikdə şücaətlə bir qrup çinli turisti geridə qoyaraq keçdiyimiz canlı çəpərdən ibarət bir labirintdəyik. Lakin park yollarından fərqli olaraq, labirintin yolları o qədər də qarışıq və uzun olmadı.

Niderlandlı və xarici sənətçilərinin heykəllərinin yerləşdiyi bütün piyada yollarının ümumi uzunluğu təxminən 15 kilometrdir. Kökenhofda örtülü oranjereyalar və pavilyonlar, ev heyvanları ferması, uşaq əyləncə kompleksi, restoranlar və kafelər var. Parkda yerləşən klassik yel dəyirmanı xüsusi maraq doğurur, hər kəs ona içəridən baxa və onun necə qurulduğunu görə bilər. Maraqlısı odur ki, bu dəyirman Qroningen şəhərindəndir. 1957-ci ildə hədiyyə olaraq Kökenhofa “köçürülüb”. Bir vaxtlar ilk zanbağın Niderlanda “köçdüyü” kimi.

Niderlandda zanbaqların peyda olması niderlandlı alim və yazıçı Ojye de Busbekın adı ilə əlaqələndirilir. De Busbek, heyrətamiz çiçəkləri gördüyü Osmanlı imperiyasında səfir olub. Onlara heyran olan alim, o dövrdə Leyden şəhərindəki Nəbatat bağının direktoru vəzifəsində çalışan professor Karl Kluziusa bir neçə zanbaq göndərməyə qərar verdi. Beləliklə, ilk zanbaqlar Niderlanda gəldi, burada tez bir zamanda xalqın sevgisini qazandı. Bu, tezliklə əsl maniyaya çevrilən sevgi idi. Zanbaq maniyası.

Zanbaq ticarəti ilə əlaqəli inanılmaz ajiotaj XVII əsrin 30-cu illərinə təsadüf edib. İnsanlar soğanaqları almaq üçün mallarının yarısını ya da daha sonra 3 qat baha satdıqları mallarına olan qəbzləri satırdılar.

Beləliklə, zanbaqlar ölkənin milli valyutasına çevrildi. Ləçəklərində çoxrəngli zolaqlar olan çiçəklərə xüsusi tələbat var idi. Məlum olub ki, qeyri-adi boyanmanın səbəbi zanbaqların çox vaxt meyilli olduğu xəstəlik – ləçəklərin rəngarəngliyi olub. Bu, bir növ taleyin istehzasına bənzəyir! Lakin "zanbaq piramidası”nın hekayəsi heç də gülməli deyil. Çoxlu sayda möhtəkirlərin yaranmasına səbəb olan investisiya çılğınlığı pik həddə çatır - ölkə iflas edirdi. Leydendəki Nəbatat bağına dəfələrlə basqın olunub... Nəhayət, Niderland hökuməti işə qarışdı və zanbaq soğanaqları ilə bağlı əməliyyatları qadağan etdi. Minlərlə insanı müflis qoyan “çiçək köpüyü” beləcə partladı.

Lakin niderlandlıların zanbaqlara olan sevgisi qaldı. Hər ilin yazında Kökenhofda baş verən həyəcanı nəzərə alsaq, müəyyən dərəcədə zanbaq maniyasının heç yerə getməyini demək olar.

Üstəlik, çiçək parkında əsasən turistlərin gəzdiyini nəzərə alsaq, onun sanki bütün dünyaya yayıldığı hiss olunur. Yeri gəlmişkən, Kökenhof yeganə çiçək krallığı deyil – zanbaq parkları, düzənlikləri, yarmarkaları və festivalları Kanada, ABŞ, Avstraliya, Yaponiya, Şotlandiya və əlbəttə ki, bu heyrətamiz çiçəklərin vətənində - Türkiyədə mövcuddur. Lakin Kral parkı, həmçinin “mətbəx həyəti” yenə də ən populyar olaraq qalır. Bundan əlavə, Niderland dünyada ən böyük zanbaq ixracatçısıdır. Hər il bu kiçik ölkə dünyanın müxtəlif yerlərinə təxminən üç milyon çiçək tədarük edir. Bununla yanaşı, Niderlandda yaz mövsümündə çiçək paradı keçirilir – həqiqətən təsiredici bir mənzərədir.

Amma mənim üçün nə qədər təəccüblü olsa da, Kökenhofdakı ən təsiredici şey çiçəklər deyildi. Helenlə kiçik skamyada dincəlirdik və Niderland vaflisi yeyirdik, bu vaxt yaşlı bir kişi xərəkdə yanımızdan keçdi. Onu iki sanitar müşayiət edirdi. Qoca qəribə bir baxışla ətrafa baxırdı və sonra birdən dərindən nəfəs aldı və gülümsədi.

Mən sual dolu baxışlarla Helenə baxdım.

-Bəlkə də ölür, - deyə Helen cavab verdi. - Bura gəlmək də onun son arzusudur. Yəqin ki, onun bu parkla bağlı çox əziz xatirələri var...”.

Mən xərəyi müşahidə edərək dedim: -Bura gəlmək də onun son arzusudur. Yəqin ki, onun bu parkla bağlı çox əziz xatirələri var...

-Ola bilər, - deyə Helen cavab verdi. - Bəlkə də o, heç vaxt burada olmayıb. Nəhayət, ziyarət etmək qərarına gəlib.

Mən təəccübləndim: -Necə yəni? Axı açıq görünür ki, o, niderlandlıdır!

Helen güldü: -Səncə, biz, niderlandlılar, bura tez-tez gəlirik? Məsələn, mən burada ikinci və ya uzağı üçüncü dəfəyəm. Bundan əvvəl isə ancaq uşaqlıqda gəlmişəm.

Helen məndən soruşdu: -Azərbaycanda ən məşhur görməli yer hansıdır?

-Qız qalası, - deyə düşünmədən cavab verdim.

-Orada tez-tez olursan? – deyə Helen mənə göz vurdu.

-Yalnız uşaqlıqda ... Uzağı iki dəfə ... – deyə çaşqınlıqla cavab verdim.

Qoca bir qədər əlini qaldırdı və sanitarlara hara dönmək lazım olduğunu göstərdi. Xərək gözdən itdi. Helen və mən vaflini bitirdik və çıxışa tərəf getdik.

Leydenə gedən yol boyunca həmin qoca haqqında düşünürdüm. Mən indi də onu tez-tez xatırlayıram...

Biz çiçək tarlaları və kiçik fermalar boyunca gedirdik. Yəni, gedirdik. Helen pedalı fırladırdı, mən isə onun arxasındakı yük yerində oturmuşdum. Vaxtaşırı evlərin çəpərlərinin yanında duran zanbaq dəstələri ilə səbətləri görürdüm. Bu, satış üçün nəzərdə tutulan çiçəklər idi. Lakin onların yanında satıcılar yox idi. Sadəcə zənbillərin yanında qiymət etiketi olan pul qutuları var idi. Yaxınlaş, pulu qutuya qoy, gül dəstəsini götür.

Bəzi sahələrdən artıq çiçək məhsulu tamamilə yığılmışdı. Onlar soyulmuş şəkildə yorğanın üzərindəki yamaqlara bənzəyirdi. Birdən yaşıl fonda parlaq sarı ləkə gördüm –bu, məhsul yığımından sonra sahənin ən kənarında qalan zanbaq idi. Tənha, hamı tərəfindən unudulmuş, başını sürdüyümüz velosiped yoluna tərəf kədərlə sallamış bir çiçək...

Helendən dayanmağı xahiş etdim.

Helen ürkərək dərhal əyləci basdı, mən az qala yük yerindən uçacaqdım.

-Nə baş verib? – deyə o soruşdu.

-Orada zanbaq var! Sonuncu zanbaq! Gəl onu götürək!

Mən yaşıl səmasından günəş kimi mənə baş əyən çiçəyə tərəf qaçdım və yavaşca gövdəciyindən tutdum. Onu qoparmaq düşündüyüm qədər asan olmadı: bütün gücümlə çəkdikdən sonra zanbaq ilə birlikdə həmin vaxt avtomobilin sürdüyü yola düşdüm. Maşın qəfildən sağa çırpıldı, mənim yanımdan ötərək və hirslə siqnal verərək, sürətlə uzaqlaşdı.

-Sən dəlisən! – deyə Helen yenidən yük yerinə oturanda, məni danladı.

-Sarı zanbağın dibində xoşbəxtlik gizlənir! – deyə mən cavab verdim. - Bu, bir əfsanədir.

-Bəli, maşın altına düşmək xoşbəxtlikdir, - deyə o deyindi və yerindən tərpəndi. Çiçəyi özümə sıxdım və üzümü mülayim yaz küləyinə tutdum.

…Səhəri gün sarı zanbağım açıldı. Bir gün öncə axşam onu pəncərənin yanında güldana qoymuşdum. Həmin gecə velosipeddə (katamaranda olduğu kimi) üzdüyüm rəngarəng çiçəkli çayı yuxuda gördüm. Həmin qoca sahildə dayanmışdı. Mənə baxaraq gülümsəyirdi. Mən ona əl yellədim və cavab olaraq gülümsədim. Təbəssümlə də oyandım. Gördüm ki, səhər günəşi ilə işıqlanan sarı ləçəklər açılıb, sanki çiçək də gülümsəyirdi. Mən ona yaxınlaşdım və qönçənin içinə baxdım.

Epiloq

Bəs sarı zanbaq əfsanəsi nə ilə başa çatır? Günlərin birində bir uşaq sehrli çiçəyə yaxınlaşır. O, cadugərin lənəti haqqında heç nə bilmirdi. Balaca zanbağa baxdı və saf, sakit bir gülüşlə güldü. Birdən o, uşağın qarşısında açıldı. Beləliklə, xoşbəxtlik yenidən insanlara qayıtdı. Artıq onları tərk etmədi, çünki indi onlar onun sirrini öyrəndilər.

Şəkillər Kökenhof çiçək parkının rəsmi saytından götürülüb

https://keukenhof.nl 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb