İDMAN
Kolumbiya və ABŞ velosipedçiləri “Rio-2016”nın BMX yarışlarında qızıl medal qazanıblar
Bakı, 20 avqust, AZƏRTAC
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının velosiped idmanı yarışlarının BMX (dağ velosipedi) növündə qaliblər bəlli olub.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında Kolumbiya təmsilçisi Mariana Poxan 34,093 saniyə göstərici ilə Olimpiya çempionu olub. ABŞ təmsilçisi Elis Post 34,435 saniyə göstərici ilə gümüş, venesuelalı Stefane Ernandes (34,755) bürünc medal qazanıblar.
Kişilərin mübarizəsində ABŞ idmançısı Konnor Filds fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O 34,642 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Niderlandlı Yelle van Qorkom (35,316) yarışı ikinci, Kolumbiya təmsilçisi Karlos Ramires (35,517) isə üçüncü pillədə başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]