İQTİSADİYYAT
Kompüter, elektron və optik məhsulların istehsalı artıb
Bakı, 17 noyabr, AZƏRTAC
Cari ilin 10 ayında kompüter, elektron və optik məhsulların istehsalı çoxalıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180,5 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin eyni ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 50,1 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 2,4 faiz azalıb.
Hesabat dövründə ötən ilin müvafiq aylarına nisbətən avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2 dəfə, 1000 voltadək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,1 dəfə artıb.