REGİONLAR
Kürdəmirdə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb
Kürdəmir, 2 noyabr, AZƏRTAC
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər 8:30 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Əzimli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 21015” markalı avtomobillə “ZİL” yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Kürdəmirin Qarasaqqal kənd sakini Emin Şövqü oğlu Əhmədov və sərnişini, rayonun Yenikənd kənd sakini 22 yaşlı Elmir Mehman oğlu Həmzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [14:38]
Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib
- 27.04.2024 [14:22]
Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 27.04.2024 [12:54]
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib
- 27.04.2024 [12:42]