REGİONLAR
Lənkəranda “Qırmızı kitab”a düşmüş ağacları kəsən şəxs barəsində cinayət işi açılıb
Lənkəran, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən şəhərin mərkəzi hissəsindəki İ.Səmədzadə küçəsində yol kənarında yaş vəziyyətdə kökü üstündə olan 3 ədəd dəmirağacın qanunsuz olaraq kəsildiyini aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla həmin ağacların şəhər sakini E.Qədirov tərəfindən kəsildiyi müəyyən olunub.
E.Qədirov barəsində Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]