MƏDƏNİYYƏT
Macarıstanın məşhur “Balint Dyemant” caz triosu Bakıda çıxış edəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da “Port Wine” restoranında Macarıstanın məşhur “Balint Dyemant” caz triosu çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, gənc musiqiçilərlə yenilənən trionun tutduğu rəhbər prinsiplər hər zaman cazın əsas konsepsiyasının bir hissəsi olan azadlıq, təcrübə və yeni imkanların axtarışıdır.
“Trio mənim şəxsi yaradıcılıq emalatxanamdır, burada məni ruhlandıran yaradıcı dostlarımla işləyirəm. Öz bəstələrimizi ifa etsək də, səsin yaranmasında həmişə partnyorlarım böyük rol oynayır. Mənə elə gəlir ki, hər bir quruluş mənimdir, amma trio ən çox mənim öz musiqi dilimi əks etdirir. Sərhədləri aşmaq və yeni musiqi istiqamətləri axtarmaq mənim üçün həmişə vacib olub, buna görə də bu təzə konsepti yaratmaq istədim”, - deyə Balint Dyemant yenilənmiş triosunda Vinson Bartok və Daniel Ferents Sabo ilə işləyərkən deyib.
Onun sözlərinə görə, bu gənc musiqiçilər nəinki ənənəvi caz dilində səlis danışan, hətta ən müasir cərəyanların belə onların instrumental ifasına ciddi təsir göstərən öz nəsillərinin görkəmli nümayəndələridir: “Orkestrin tərkibi klassik caz triosu olaraq qalsa da, texniki avadanlıq və effektlər sayəsində səs dünyası daha müasirləşib və bu da musiqiçinin yaradıcılığına daha çox imkanlar açır”.