DÜNYA
Malidə yaşayış binasının çökməsi nəticəsində 15 nəfər ölüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Afrikanın cənub-qərbində yerləşən Malinin paytaxtı Bamakoda tikintisi başa çatmamış üçmərtəbəli binanın çökməsi nəticəsində 15 nəfərin öldüyü bildirilir.
AZƏRTAC Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, binanın dağıntıları altından 26 nəfər sağ olaraq çıxarılıb. Malinin Mülki Müdafiə Departamenti bildirib ki, qəza yerinə cəlb edilən axtarış-xilasetmə qrupunun operativ fəaliyyəti nəticəsində insanların bir çoxunu xilas etmək mümkün olub. Qeyd olunub ki, binanın çökməsi ilə bağlı cinayət işi açılıb və onun sahibi saxlanılıb.
Yerli KİV-lərin yazdığına görə, həyatını itirənlər tikintisi keyfiyyətsiz aparılan və başa çatmamış binanın birinci mərtəbəsində yaşayanlardır. Malidə bu cür halların çox olduğu, binaların əksəriyyətinin plansız və özbaşına tikildiyi də bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]