İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106027888 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 96,0683 AZN (8 faiz) və 103,2889 AZN (5,2998 faiz) olan 19 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 103,1492 AZN (5,3498 faiz), orta ölçülmüş qiyməti 103,2462 AZN (5,315 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 milyon 342 min manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il avqustun 27-də ödəniləcək. Hərrac iştirakçıları sentyabrın 1-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.