İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 86.4511 (14 faiz) manat və 98.5300 (6.7985 faiz) manat olan 37 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.0365 (7.07 faiz) manat, orta ölçülmüş qiyməti isə 98.2028 (6.9783 faiz) manat müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 131 milyon 135 min 400 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib. Hərrac iştirakçıları mayın 3-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazlar 2025-ci il aprelin 29-da ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.