RƏSMİ XRONİKA
MAVRİTANİYA İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SİDİ MƏHƏMMƏD uld ŞEYX ABDULLAHİYƏ
Hörmətli cənab Prezident,
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasında təşəkkül tapmış münasibətlər qarşıdakı illərdə dostluq və əməkdaşlıq məcrasında böyük inkişaf yolu keçəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2007-ci il.