İQTİSADİYYAT
May ayında 100 min 67 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
Bakı, 1 iyun, AZƏRTAC
May ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min 67 müqavilə qeydiyyata alınıb.
İSB-dan AZƏRTAC-a bildiriblər ki, bunların 11 min 221-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 milyon manat təşkil edib.
Ötən ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9 faiz, sığorta haqlarının məbləğində isə 9,9 faiz artım müşahidə edilib. May ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin aprel ayı ilə müqayisədə 1,6 faiz azalaraq 75,7 manat təşkil edib.