RƏSMİ XRONİKA
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB FELİPE KALDERON İNOXOSAYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Meksika münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il.