Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Millilikdən bəşəriliyə gedən yol - Doğum günü bayrama çevrilən dahi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasından 135 il ötür

Bakı, 18 sentyabr, AZƏRTAC

O, yaşadığı ömrü mürəkkəb dövrlərin ənginliklərindən keçən çətin həyat yolu və yaradıcılığı ilə möhürləyən sənətkardır. Onu xatırlayarkən, böyük musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektual savada malik pedaqoq, ictimai-siyasi xadim, ən əsası, ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsl vətəndaş kimi xarakterizə etmək olar. Bu gün Üzeyir Hacıbəylinin yaratdığı şedevr yaradıcılığı onu həm öz ana yurdunda, həm də dünyada bütün mənalarda yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə hiss edirik. Unudulmaz böyük bəstəkarın milli musiqimizdəki izi təkrarolunmazlıq mücəssəməsidir. Hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu münasibətlə Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə tanış olmaq arzumuz Milli Musiqi Günü ərəfəsində bizi onun adını daşıyan ev-muzeyinə gətirdi.

Üzeyir Hacıbəylinin ev-muzeyi: dil açan eksponatlar

Üzeyir Hacıbəylinin ev-muzeyində olan hər bir azərbaycanlı burada özünü çox qürurlu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək olan bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otağın divarından asılmış və əqrəbləri 14.00-u göstərən saat sanki Üzeyir bəyin əbədiyyət yuxusundan oyanmasını gözləyir. 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək dahi bəstəkarın divar saatı zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan, bacısı oğlu tərəfindən saat dayandırılır. Kim bilir, bəlkə də Üzeyir bəyin vəsiyyəti belə idi. Sənətkarın frakı-dirijorluq libasının bir qəribəliyi vardır. Ona diqqətlə baxanda, Üzeyir bəyin təravətini hiss edirsən. Burada bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. Digər otaqdakı masaüstü güzgü ilə tanışlığımız zamanı aydın olur ki, bu güzgü Xurşidbanu Natəvana məxsus imiş. X.Natəvanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə hədiyyə edibmiş. Muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSR-i rəhbəri İosif Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqətimizi çəkdi. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ki, ona bir tank alınsın. Ona görə də İ.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirir, ona şəxsən təşəkkür teleqramı göndərir. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtilə qonaq–qaralı ev olub. Hər gün bu ocaqda tamamilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda, Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsünüzsə, gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda, tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər həm də müqəddəs məkandır. Burada olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtilə yaşananların canlı şahidinə çevrilirsən.

Musiqini elə yazmaq lazımdır ki...

Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxıb, o, həm də musiqiyə tamamilə yeni janrlar gətirib. Bəstəkarın elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla, dünyanın dörd qitəsinin ölkələrinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. Otaqların divarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılığını başa salır. Onun “Ər və Arvad”, “O olmasın, bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 irihəcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu, “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə görkəmli şair Məmməd Səid Ordibadidir.

Üzeyir Hacıbəylinin cənazəsi Mircəfər Bağırovun çiyinlərində...

Üzeyir bəyin anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Onun atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı - Zülfüqar və Ceyhun, iki bacısı - Abuhəyat və Sayad olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun iki övladı - Maestro Niyazi və Çingiz Hacıbəyov dünyaya gəlir. Onların heç birinin övladı olmur və bununla da Hacıbəyovlar nəsli burada sonlanır. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edir. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayır. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı idi. O, ixtisasca rus dili müəllimi olub, bir neçə il məktəb direktoru vəzifəsində çalışır. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus olan bütün əşyaları toplayaraq bir yerə yığır ki, gələcəkdə bu ocaq muzey olanda əşyalar qorunub saxlanılsın. Muzeydə tanış olduğumuz son şəkil dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar idi. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur. Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edir, hətta o, cənazəni öndə götürənlərdən biri olur. Dahi bəstəkarın dəfnində yaşanan izdihamı və dövrün tanınmış dövlət adamlarının onun cənazəsinə qarşı ehtiramını gördükdə, Üzeyir Hacıbəyli şəxsiyyətinin tarixdə əbədi qalacağını elə bu fotolardan rahatca başa düşürsən.

Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi

Bu ocaqda olmaq adamda elə təəssürat oyadır ki, elə bil bu ailənin müasirisən. Üzeyir Hacıbəyli, sözün həqiqi mənasında, Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb-yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.

Dahi bəstəkar, dramaturq, publisist, ictimai-siyasi xadim və gözəl insan - Üzeyir bəy Hacıbəyli: yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi...

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib