ORDU
MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2024 [13:30]
Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir
- 18.05.2024 [13:15]
Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub
- 18.05.2024 [11:05]
DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər
- 18.05.2024 [10:36]
Şəki Xan sarayı bərpa olunacaq VİDEO
- 18.05.2024 [10:04]
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
- 18.05.2024 [09:00]