DÜNYA
Moldova və Türkiyə prezidentləri strateji tərəfdaşlığın perspektivlərini müzakirə ediblər
Kişineu, 26 sentyabr, AZƏRTAC
Moldova Prezidenti İqor Dodon Nyu-Yorka səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşüb.
AZƏRTAC İ.Dodonun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, görüşdə 2018-ci ilin oktyabrında iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlığa dair Sazişdə qeyd olunan müddəaların realizə edilməsi müzakirə olunub.
İ.Dodon Moldovaya bütün sahələrdə göstərdiyi dəstək və köməyə görə Türkiyə dövlətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Türkiyə Qaqauziya muxtar ərazisinin inkişafı üçün bir çox layihələri maliyyələşdirir. Həmçinin Moldova Prezident Administrasiyasının təmiri, Komratedə stadionun tikintisində Türkiyə şirkətləri çalışırlar.
Görüşdə, İ.Dodonun ilin sonunda Türkiyəyə rəsmi səfərinin detalları da müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [17:53]
Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur
- 21.05.2024 [17:04]
Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir
- 21.05.2024 [17:00]
Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib
- 21.05.2024 [16:02]
Sinqapur təyyarəsi turbulensə düşdü: ölən və yaralanalar var
- 21.05.2024 [15:22]