ELM VƏ TƏHSİL
MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN YENİ UŞAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” üzrə geniş tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Bakının Səbail rayonunda müasir tələblərə cavab verən 115 yerlik yeni uşaq bağçası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə yeni nəslə, uşaqlara göstərilən dövlət qayğısından danışmışdır.
Nazir, həmçinin son vaxtlar Bakı şəhərində bir neçə yeni uşaq bağçasının inşa edildiyini də diqqətə çatdırmışdır.
Sonra tədbir iştirakçıları zəruri avadanlıqlarla təchiz edilmiş yeni bağçada uşaqların təlim-tərbiyəsi üçün yaradılan şəraitlə tanış olmuşlar.