İDMAN
Murat Özmekik: Bakıda keçirilən turnir iştirakçı sayı və təşkilatçılıq baxımından Avropa çempionatlarından çox üstündür
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda keçirilən turnir iştirakçı sayı və təşkilatçılıq baxımından Avropa çempionatlarından çox üstündür. "Azerbaijan International" turnirində 39 ölkədən 248 idmançı iştirak edir. Bu qədər idmançının belə turnirə qatılması Azərbaycanın dünya idmanında yetərincə tanınmasının nəticəsidir. Bu yarışda dünya reytinqində ilk 50 yerdə olan idmançılar çıxış edirlər. Sevindirici haldır ki, qardaş ölkə bu turnirləri çox gözəl təşkil edir.
Bu fikirləri Bakı İdman Sarayında keçirilən "Azerbaijan International 2019" beynəlxalq badminton turnirində iştirak edən Türkiyə Badminton Federasiyasının prezidenti Murat Özmekik AZƏRTAC-a müsahibəsində bildirib.
M.Özmekik deyib: "Bakı çox gözəl şəhərdir. Mən burada ilk dəfə I Avropa Oyunları zamanı olmuşam. Bakının çox gözəl və tarixi binaları, tarixi abidələri, qalaları insanı valeh edir. Bura bizim öz vətənimizdir. Biz bura gəldikdə özümüzü Türkiyədəki kimi hiss edirik”.