Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müstəqillik illəri: Azərbaycan diasporu yeni inkişaf mərhələsində

Müstəqillik illəri: Azərbaycan diasporu yeni inkişaf mərhələsində

Bakı, 26 dekabr, AZƏRTAC 

Bu il Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunur. Ötən iyirmi beş ildə Azərbaycan dövləti möhkəm, demokratik əsaslar üzərində təşəkkül tapıb. Milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib, ölkə iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrilib. Bu illər ərzində Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla beynəlxalq aləmə sürətlə inteqrasiya edib, ölkədə sabit iqtisadi, siyasi və mədəni inkişaf tendensiyası bərqərar olunub.

Əlbəttə ki, Azərbaycan tarixinin bu şərəfli və qürurlu mərhələsi ümummilli lider Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə birbaşa bağlıdır. Məhz Ulu Öndər keşməkeşli bir dövrdə Azərbaycanı qorudu, soydaşlarımızı birləşdirdi. Müstəqilliyimizin ötən dövrü diasporumuzun fəaliyyətinin güclənərək öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə də əlamətdardır.

AZƏRTAC müstəqillik illərində Azərbaycan diasporunun formalaşması, təşkilatlanması və inkişafı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qeydlərini təqdim edir.

Dövlət müstəqilliyimizin bərpasının ilk illəri iqtisadi tənəzzül, erməni işğalı, digər daxili və xarici təsirlərlə müşayiət olunurdu, ölkə xaos içərisində idi, erməni işğalına qarşı mütəşəkkil mübarizə aparılmırdı. Faktiki olaraq işğala məruz qalan Azərbaycan haqq səsini beynəlxalq arenaya çıxara bilmirdi, ermənilərin yaratdığı informasiya blokadası həlqəsində sıxılaraq çıxılmaz vəziyyətdə qalmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə bütün sahələrdə ciddi dönüş baş verdi.

İqtisadi-sosial islahatların uzunmüddətli proqramı hazırlandı və mərhələli olaraq həyata keçirilməyə başlanıldı. Azərbaycanın müstəqilliyinin qorunmasına hədəflənən neft strategiyası quruldu və az bir vaxtda bu strategiya ölkəyə beynəlxalq nüfuz gətirən inkişafa şərait yaratdı. Uzaqgörən xarici siyasət kursu ölkənin haqq səsinin də eşidilməsinə imkanı verən beynəlxalq auditoriyanın qazanılmasına səbəb oldu. Bir sözlə, Ümummilli Liderin apardığı məqsədyönlü siyasət nəticəsində siyasi və iqtisadi tərəqqi başladı, ölkə tənəzzüldən çıxaraq inkişafa qədəm qoydu.

Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə təkan verdi.

Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli Liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları birgə müzakirə edildi. Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.

Növbəti qurultay Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ilin martında keçirildi. Bu qurultay da mühüm hadisəyə çevrildi və diasporumuz qarşısında yeni vəzifələr müəyyən etdi. Qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial rifahının yüksəldilməsinə, ölkənin davamlı inkişaf modelinin hazırlanmasına nail olundu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş həmrəyliyinin yaradılması, milli təhlükəsizlik və sabitliyin təmin olunması, dünya birliyinə inteqrasiya sahəsində inanılmaz nailiyyətlərə imza atıldı. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrildi. Bu gün bütün dünya ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri kimi tanıyır. Bütün bunlar xaricdə yaşayan soydaşlarımızın fəallaşması və təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsi müşayiət olunur.

2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapıb.

Bu dövr ərzində Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olub. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumunun keçirilməsi, noyabr ayında türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açıb. Qeyd edək ki, I Forum Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul olunub.

2013-cü ilin yanvarında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin I toplantısı, iyun ayında isə Şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilib. Bir neçə ölkədə türkdilli ölkələrin koordinasiya mərkəzlərinin açılması bu sahədə görülən işlər sırasındadır. Hazırda belə koordinasiya mərkəzlərinin sayının artırılması istiqamətində işlər davam etdirilir.

Qazanılmış uğurlar sırasında lobbiçilik fəaliyyətində əldə olunan nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Artıq dörd ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə tanınmasına öz töhfələrini verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı forumları keçirilir. Qlobal Bakı Forumu regionda keçirilən ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir və Azərbaycanın ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Forumun işində bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər və onların əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qoruyan, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilən ictimai-siyasi xadimlərdir. Bu mənada hesab etmək olar ki, bu Forum Azərbaycanın təbliği və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir.

Bu ilin iyun ayında keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı bu birlik və həmrəyliyin parlaq ifadəsi olmaqla yanaşı, həm də milli həmrəyliyimizin banisi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla həyata keçirildiyinin bariz nümunəsidir. Qurultay azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqləməklə bərabər, diaspor və lobbi quruculuğu siyasətinin ardıcıl xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini nümayiş etdirdi.

Bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə bir çox cəhətləri ilə seçilir. Qurultayda çıxış edən dövlətimizin başçısı İlham Əliyev müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətt müəyyənləşdirdi. Qarşıya qoyulan hədəflər sırasında Azərbaycan diasporunun azərbaycançılıq ideyalarını unutmadan yaşadığı ölkələrdə mövqelərinin gücləndirilməsi, həmin ölkələrin ictimai, siyasi, iqtisadi həyatındakı rolunun daha da artırılması, müxtəlif dövlət və qanunvericilik orqanlarında təmsil olunması, xüsusilə də xarici kütləvi informasiya vasitələrinə çıxışı lazımi səviyyədə təmin etməsi kimi vacib məsələlər var.

Digər bir əsas məqam dünyada yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin kəsilməməsi, müstəqil Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməsidir ki, biz bu birliyin son illər daha da gücləndiyinin şahidi oluruq. Artıq cəsarətlə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycan dövlətini inkişafına nail olmaq, onun müstəqilliyini qorumaq naminə böyük güclərin qarşısına çıxdığını görən dünya azərbaycanlıları Azərbaycan dövləti və bu dövlətin başçısı ilə fəxr edirlər.

Dünya Azərbaycanlılarının IV Qurultayında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edildi. Bundan başqa, Dünya Azərbaycanlılarının IV Qurultayının Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin qlobal təhlükə mənbəyi olması ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə də müraciəti qəbul olundu.

Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi əlbəttə ki, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə məruz qalmasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər örnək sayıla bilər. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimiz haqqında ətraflı məlumat verilir. Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırımı mövzusunda kitablar demək olar ki, dünyanın bir çox dillərinə tərcümə olunub. Bundan başqa, Xocalı soyqırımına həsr olunmuş film bir neçə dildə səsləndirilib. Dünyanın bir çox ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir. Xocalı soyqırımını əks etdirə foto və "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgiləri təşkil olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işlərin miqyasını daha da genişləndirib. Bunun nəticəsi olaraq Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır.

Qarşımızda duran mühüm vəzifələrdən biri də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaqdır. Artıq bu istiqamətdə geniş iş aparılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsində qeyd olunduğu kimi, “Türkiyə diasporu ictimai-siyasi aksiyaların, mədəniyyət və matəm tədbirlərinin, məsələn, Xocalıda azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsində bizimlə daim birlik nümayiş etdirir, bizə dəstək göstərir və iştirak edir, bizim diasporumuz isə onları Türkiyə hökumətinə siyasi təzyiq vasitəsi kimi istifadə olunan qondarma “erməni soyqırımı”nın süni şişirdilməsinə qarşı mübarizədə dəstəkləyir”.

Bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Bu baxımdan, tam əminliklə söyləmək olar ki, Dünya Azərbaycanlılarının IV Qurultayının müəyyən etdiyi hədəflərə də qısa müddətdə çata biləcəyik. İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin və Prezidentimizin müəyyən etdiyi yolda inamla addımlayacaq və Azərbaycan diasporunun fəaliyyəti daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlətimizin başçısının, sayı 50 milyona çatan dünya azərbaycanlılarının liderinin tövsiyəsidir.

Nazim İbrahimov

Diasporla İş üzrə Dövlət

Komitəsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim başa çatıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərqdə təhlükəli eskalasiyaya səbəb ola bilər

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib