Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mütəxəssis-ekspert: Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır

Mütəxəssis-ekspert: Saçların tökülməsi əksər hallarda streslə əlaqədardır

Bakı, 7 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mir-Riad Cavadzadə dermatoloji xəstəliklər, onun növləri, o cümlədən saç tökülməsi, ocaqlı alopesiya və s. ilə əlaqədar müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Mir-Riad müəllim, dermatoloji xəstəliklərin əsas yaranma səbəbləri hansılardır?

- Dəri insanın ən böyük və eyni zamanda ən həssas orqanı olmaqla ürək, qaraciyər və mədə kimi mürəkkəb bir quruluşa malikdir və həyati vacib funksiyaları yerinə yetirir. Təsadüfi deyil ki, dəri bir çox orqana (saç, dırnaq, selikli qişaların vəziyyətinə) müəyyən bir şəkildə təsir edir. Məsələn, qaraciyər xəstəlikləri halında dəri sarımtıl rəngə çevrilir, qızılca, məxmərək, suçiçəyi kimi ümumi virus xəstəliklər olan təqdirdə dəri səpgilərlə örtülür. Bundan əlavə, uzun müddət olan furunkulyoz diabetin inkişafını göstərə bilər və s.

Daxili (endogen) amillər bir çox dəri xəstəliklərinin (metabolik xəstəliklər, daxili orqanların, sinir sisteminin xəstəlikləri, hipo- və hipervitaminoz (orqanizmdə müəyyən vitamin çatışmazlığı) və s.) əmələ gəlməsində böyük rol oynayır və həmin amillər dərinin funksionallığının və quruluşunun dəyişməsinin səbəbi ola bilər.

- Əhali arasında daha çox hansı dəri xəstəlikləri geniş yayılıb?

- Dəri xəstəlikləri tez-tez baş verir və hər yaşda görünə bilər. Ən çox qarşılaşdığımız dəri xəstəliklərinə akne (piy vəzlərinin tıxanması nəticəsində yaranan uzunmüddətli iltihablı dəri xəstəliyi), atopik dermatit (xronik qaşıntılı iltihabi dəri xəstəliyi), övrə (dərinin allergik mənşəli xroniki xəstəliyi) və s. aiddir. Dəri xəstəliklərindən əziyyət çəkənlər fiziki narahatlıqla üzləşir, təsirlənmiş əraziləri sıx paltar altında gizlədir və ya çatışmazlıqları gizlətmək üçün kosmetikadan istifadə edirlər. Xoşbəxtlikdən, müasir dermatologiya dəri xəstəlikləri ilə uğurla mübarizə aparır.

- Saç tökülməsi və dırnaqların tez-tez qırılmasının səbəbi nədir?

- Saç tökülməsinin və dırnaqların qırılmasının səbəbləri çoxdur. Qeyri-sağlam qidalanma, stres və psixo-emosional zərbələr, doğuşdan sonrakı vaxtlarda qadınların orqanizminin zəifləməsi, yanlış pəhrizlər, vitamin, zülal və mikroelementlərin çatışmazlığını ilkin səbəb kimi qeyd edə bilərik. Həmçinin antibiotiklərin həkim məsləhəti olmadan qəbulu saç və dırnaqların kök sisteminin zəifləməsinə səbəb ola bilər. Bundan başqa, bədənin daxilində iltihablı proseslər, immunitetin zəifləməsi, hormonal dəyişikliklər yalnız saç, dəri, dırnaqların vəziyyətinə deyil, ümumiyyətlə bütün orqanizmə mənfi təsir göstərir.

- Nazirliyin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən mövsümi dəri xəstəlikləri ilə bağlı çoxsaylı suallar daxil olur. Stres səbəbindən yaranan dəri xəstəlikləri hansılardır?

- Payızda, qışda və yazda müxtəlif xroniki dəri xəstəliklərinin (atopik dermatit, ekzema, neyrodermit, psoriaz, herpes, övrə və s.) kəskinləşməsi müşahidə oluna bilər. Yaz aylarında günəşin və dənizin faydalı təsiri sayəsində həmin xəstəliklər heç bir narahatlığa səbəb ola bilməz. Lakin payız-qış fəslində dermatozların mövsümi kəskinləşməsi başlayır. Neyrodermatoz bir qrup dermatozlardır, sinir sistemindəki dəyişikliklərinin patogenezlərində əhəmiyyətli rol oynayır. Qaşınan səpgiləri və nevrotik pozuntularla xarakterizə olunur.

- Mir-Riad müəllim, dəri xəstəliklərindən əziyyət çəkənlərdə adətən hansı vitamin çatışmazlığı olur?

- Demək olar ki, orqanizmdə müəyyən vitamin çatışmazlığı zamanı dəridə, dırnaqlarda, saçlarda və selikli qışalarda dəyişikliklər müşayiət olunur. Dermatovenerologiyada vitaminlər və onların müxtəlif kompleksləri, xəstəliklərin müalicəsinə tətbiq olunan dərmanlar etiopatogenetik amillər və bədən arasındakı əlaqəni dəyişdirən qeyri-spesifik immunomodulyasiya terapiya üçün istifadə olunur. Məsələn, B qrup vitaminlərin (B1-B6, B9 və B12) çatışmazlığı əsasən ekzema, psoriaz, neyrodermit, cüzam, seboreya, atopik dermatit, C vitaminin çatışmazlığı allergik dermatozlar, xroniki atrofik akrodermatit, A vitaminin çatışmazlığı akne, psoriaz, saçların və dirnaqlarin distrofiyası, D vitaminin çatışmazlığı dəri vərəmi, psoriaz, E vitaminin çatışmazlığı isə ixtioz, dermatomiozit, seboreya və s. kimi dəri xəstəliklərini yarada bilər.

- Dəridə ala-ağ ləkələr hansı xəstəliklərin nəticəsində yaranır və müalicəsi varmı?

- Uşaqlarda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir. Elmi adı vitiliqo, el arasında ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Bu pozuntular melanositlərin - piqment hüceyrələrinin - lezyon mərkəzlərində məhv olması və ya kəskin azalması nəticəsində yaranır.

Xəstəlik hər yaşda müşahidə oluna bilər. 50 faiz hallarda xəstəlik 20 yaşadək, xəstələrin üçdə birində - 12 yaşa qədər müşahidə olunur. Bundan əlavə, yaş artdıqca xəstəliyin yayılması tədricən çoxalır.

Vitiliqo ən çox qadınlarda rast gəlinir. Buna səbəb keyfiyyətsiz kosmetik məhsullardan istifadədir. 15-20 faiz hallarda vitiliqo ailə üzvlərində baş verir. Belə ki, valideynlər və uşaqlar arasında yayılması 7 faiz, əkizlər arasında isə 23 faiz təşkil edir. Bu, xəstəliyin inkişafında genlərin rolu birmənalıdır. Vitiliqonun müalicəsində sistemli, yerli, foto və lazer terapiya aparılır. Onun inkişafını dayandırmaq üçün stresdən uzaq olmaq, dəriyə xəsarət yetirməmək və günəşli havada təsirlənmiş dərini qorumaq məsləhətdir.

- Ocaqlı alopesiya xəstəliyinin yaranmasına stres nə dərəcədə təsir edir?

- Ocaqlı dazlıq və ya ocaqlı alopesiya tala-tala saç tökülməsi ilə müşahidə olunan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Bir qayda olaraq, tam sağlamlıq fonunda kortəbii olaraq ortaya çıxır. Xəstəlik kişilərdə və qadınlarda eyni faizdə olur.

Qeyd edim ki, ocaqlı alopesiya əksər hallarda streslə əlaqədardır. Mütəxəssislər saçların qeyri-kafi həcmi və onların tökülməsinin əsas səbəbi kimi hormonal dəyişikliklər, ümumi xəstəliklər, yaş və ya dərmanların qəbulunu yox, stresi əsas amil kimi qəbul edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

DSMF və İşsizlikdən sığorta fondu ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

BDU-da 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir

Milli Məclisin növbəti iclasında yeddi məsələ müzakirə olunub

Türkiyə Prezidenti TDT-yə üzv və müşahidəçi ölkələrin Məhkəmə-Hüquq şuraları sədrlərinin toplantısında iştirak edib

Ərdoğan: Qlobal sistem bütün amilləri ilə indiki reallıqlara uyğun olaraq yenidən qurulmalıdır

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur təşkil edilib

Prezident İlham Əliyevin liderliyi ilə suverenliyimiz qətiyyətlə təmin edilir ŞƏRH

“İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” - açıq mühazirə

“Elektromobillik üzrə Milli Planın hazırlanması” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Lənkəranda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

“Zəfərlə taclandırılmış müstəqillik” adlı dəyirmi masa keçirilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ali məktəb tələbələri arasında respublika olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib

Azərbaycanda idman dırmanması üzrə marşrutqurma kurslarına start verilib

Bir sıra ölkələrə quş qripi ilə əlaqədar tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

AMEA-nın əməkdaşları arasında keçirilən futbol yarışının qalib komandaları təltif edilib

İstiqlal Muzeyində “Vəhdət” adlı sərgi təşkil olunub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi gümüş medal qazanıb

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi ŞƏRH

Tanınmış boksçu diskvalifikasiya oluna bilər

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında olublar

Qazaxın kəndlərinin qaytarılması Azərbaycanın suverenliyini daha da möhkəmləndirdi ŞƏRH

Birinci Qarabağ müharibəsinin şəhidi Ağsuda torpağa tapşırılıb

“Azərpoçt” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində poçt markaları buraxıb

ADAU-da “Narkomaniyaya yox deyək!” adlı konfrans keçirilib

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətiriliblər

Qırğızıstanın nümayəndə heyəti Azərbaycandakı qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılıb

DİM: Apellyasiya Komissiyası tərəfindən 580 şagirdin yazı işinə düzəliş edilib

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Azərbaycanın iki sərbəst güləşçisi Bakıdakı Avropa çempionatının finalında

BMT-nin Baş katibi: Sülh Afrikanın problemlərinin həllinin açarıdır

Xəbərdarlıq: Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır

“Qarabağ”ın qapıçısının “Spartak”a keçə bilməməsinin səbəbi açıqlanıb

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 2 minə yaxın şəxsin məşğulluğu təmin edilib

Şri-Lankada güclü külək altı nəfərin həyatına son qoyub

Xalq artisti, aktyor Tofiq Mövləvi vəfat edib

Su şəbəkəsinə qoşulmaq üçün Vahid Pəncərə sistemi yaradılıb

Avstraliyada geni redaktə edilmiş buğda təqdim edilib

Atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

İlahiyyat İnstitutunun “Ziyalılarla görüş” layihəsi davam edir

Azərbaycan ilə Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb VİDEO

Qalib Azərbaycan hər bir azərbaycanlının qürur mənbəyidir ŞƏRH

Azərbaycan Tibb Universiteti ilə Özbəkistanın Səmərqənd Tibb Universiteti birgə elmi konfranslar təşkil edəcək

Türkiyəyə dörd ay ərzində 12,6 milyondan çox insan səfər edib

"Made in Azerbaijan" brendi ilk dəfə "The Saudi Food Show" sərgisində

Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə növbəti regional müşavirə keçirilib

Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi

“Gəncə” voleybol klubu kapitanı ilə vidalaşıb

® “ABB Naxçıvan” filialını da yeniləyib!

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH

Hərbi Prokurorluq əməkdaşları Daxili Qoşunların Vətən Müharibəsi qəhrəmanları ilə birgə ağac əkiblər

İtkin düşmüş hesab olunan daha bir şəhidimiz dəfn edilib

Minifutbol turnirinə yekun vurulub

Sus kəndində daha 39 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB VİDEO

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib

Turizm və Menecment Universitetində “Ekoloji gələcək həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Çindən Avropaya Xəzər dənizi üzərindən sınaq avtomobil daşımaları həyata keçirilib

Mütəxəssis: Havanın qeyri-sabit keçməsi ipəkqurdunun barama sarıma dövrünü bir neçə gün uzadacaq

Katiblik rəhbəri: Kommunal xidmətlərə qoşulmada əlçatanlığın təmin olması çox vacibdir

Ədəbiyyat Muzeyində “Yaşa, yaşa, çox yaşa!” adlı ədəbi-musiqili tədbir keçirilib

Naxçıvanda keçirilən kros qaçışına 700-dən çox insan qatılıb

Qazax rayonunun dörd kəndinin azad olunması Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir RƏY

Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib

Səhiyyə Nazirliyi Müstəqillik Günü ilə bağlı Şəkidə “İlk tibbi yardım - ikinci həyata addım” adlı fləş-mob keçirib

Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan-Tacikistan nümunəsi ŞƏRH

“Barselona” Xavi Ernandeslə yollarını ayırıb

Sərvər Bəşirli: “Vəfa mükafatı” verilərkən qardaş ölkənin nümayəndəsi kimi təqdim ediləndə çox həyəcanlandım VİDEO

“Qoca Şərqin ilk Cümhuriyyəti” - elmi konfrans

Qazaxıstan Prezidenti Astananın Azərbaycan ilə Ermənistan arasında sülh prosesində rolundan danışıb

Bir qarış torpağın Ermənistana güzəştə gedilməməsi Prezident İlham Əliyevin prinsipial qələbəsidir ŞƏRH

İ.D.Abasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəmkirdə ərzaq satışı mağazasında nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb VİDEO

AQTA Zaqatalada baş verən zəhərlənmə hadisəsi ilə bağlı laborator analizlərin yekun nəticələrini açıqlayıb

AİB İndoneziya üçün 500 milyon dollarlıq krediti təsdiqləyib

Çində ruhi xəstə bıçaqla 8 nəfəri öldürüb

Azərbaycanın sərbəst güləşçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar

Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti BDU-da

Azərbaycan və İtaliyanın baş prokurorları əməkdaşlığın inkişafı haqqında Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Orhan Aydın: Türk dövlətləri ortaq “Turan” brendi ilə məhsul ixrac edə bilər

Süni intellektlə feyk yaratmaq asanlaşıb - Xəbər agentliklərinin nümayəndələri Lissabonda müzakirələr aparıblar VİDEO

Türkiyəli nazir: Nəqliyyat və ticarət sahələrində qlobal əməkdaşlığa hazırıq

Ali Məclisin plenar iclasında 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr davam edir

Çində Si Cinpinin siyasi fəlsəfəsindən bəhs edən “Chat Xi PT” təqdim edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov Göyçayda torpağa tapşırılıb

“Azərbaycan dünyası” beynəlxalq jurnalının növbəti sayı Naxçıvanın 100 illiyinə həsr olunacaq

Bakıda “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirilib

Viktor Orban: Macarıstan NATO-da öz rolunu yenidən qiymətləndirir