İQTİSADİYYAT
Natiq Əliyev: Qazaxıstan SOCAR-a “Avrasiya” layihəsində iştirakı təklif edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Qazaxıstan SOCAR-a “Avrasiya” - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirakı təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib.
Nazir qeyd edib ki, Azərbaycan və Qazaxıstan enerji əməkdaşlığında yeni bir istiqamət kimi Qazaxıstan tərəfindən SOCAR-a "Avrasiya" - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak təklif edilib. Bu layihə çərçivəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 kilometr dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi məqsədilə 15 kilometr dərinliyə malik quyuların qazılması nəzərdə tutulur. Rusiyanın "Lukoil", "Rosneft", Böyük Britaniyanın "Shell", ABŞ-ın "Chevron", Çinin isə "CNPC" neft-qaz şirkətləri ilə yanaşı, Azərbaycan şirkətinin də bu layihədə iştirakına maraq göstərilməsi Azərbaycan neftçilərinin geoloji kəşfiyyat, qazma sahəsində zəngin tarixi təcrübəsinə əsaslanaraq, Azərbaycana neft sənayesindəki bilgilərini bölüşmək üçün daha bir imkan yaradır.