QAN YADDAŞI
NAXÇIVANDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Naxçıvan, 31 mart (AZƏRTAC). Naxçıvan şəhərindəki “Xatirə” kompleksində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər gül-çiçək dəstəsi qoymuşdur.
Azərbaycanın Dövlət himni səslənmişdir.
Sonra mərasim iştirakçıları 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgiyə baxmışlar.
Sərgidə “Azərbaycanlıların soyqırımı bu illərdə”, “Erməni xəyanəti və riyakarlığı Məmməd Səid Ordubadinin, Mir Möhsün Nəvvabın xatirələrində”, “XIX-XX əsrlərdə türklərə və azərbaycanlılara qarşı erməni vəhşiliklərinə aid faktlar”, “Ermənilərin Naxçıvanda apardıqları soyqırımı siyasəti”, “1990 - Qanlı 20 Yanvar - Tarix təkrar olunur”, “XX əsrin faciəsi - Xocalı” başlıqlı guşələrdə arxiv sənədlərindən, fotoşəkillərdən, görkəmli elm və ədəbiyyat xadimlərinin dövri mətbuatda dərc edilən məqalələrindən parçalar və nümunələr nümayiş etdirilmişdir. Bundan əlavə, sərgidəki müxtəlif kitab və jurnallarda erməni xislətinin iç üzü açılmış, soyqırımı ilə bağlı tarixi həqiqətlər öz əksini tapmışdır.
######