CƏMİYYƏT
Novruz bayramı ilə əlaqədar bu ayın müavinət, təqaüd və ünvanlı yardımları bu gün tam ödənilib
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bundan əvvəl, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin mart ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.