DÜNYA
Ölkə xaricində yaşayan Rumıniya vətəndaşları poçt vasitəsilə səs verə biləcək
Buxarest, 17 sentyabr, AZƏRTAC
Rumıniyanın xaricdəki diasporu ölkələrində reallaşacaq seçkilərdə poçt vasitəsilə səs verə biləcəklər.
AZƏRTAC xəbər verir ki, yeni qanun vətəndaşlara rəsmi seçkilərin keçirildiyi gündən əvvəl üç gün ərzində poçt vasitəsilə səs vermək hüququ verir. Bunu etmək üçün seçicilər onlayn anketi dolduraraq seçki məntəqələrinə yazılmalıdırlar.
Yeni qanun səsvermə prosesində uzun növbələr nəticəsində yaranmış problemləri aradan qaldıracaq. Qeyd edək ki, son illərdə beş milyona yaxın rumıniyalı öz ölkələrindən digər Avropa İttifaqı ölkələrinə, o cümlədən ABŞ və Kanadaya miqrasiya edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]