Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur  ŞƏRH

Bakı, 18 aprel, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının 1994-cü ildə Qahirədə keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransı (ICPD) əhali, inkişaf, fərdi hüquqlar və rifah arasında əlaqələrə dair cəsarətli yeni baxışı müəyyən etdi. Burada müzakirə məsələsi əsasən reproduktiv sağlamlıq, eləcə də insan haqlarının müdafiəsi, qadın və uşaq istismarına qarşı mübarizəni özündə ehtiva edirdi. Təşkil olunmuş tədbirin yekununda insan hüquqları, o cümlədən reproduktiv sağlamlığın fərdi rifahın və davamlı inkişafın əsasını təşkil etdiyinə dair universal Qahirə sənədi və yaxud ICPD Fəaliyyət Proqramı qəbul edildi. Artıq 30 ildir ki, ICPD Fəaliyyət Proqramı müxtəlif səviyyələrdə müzakirə olunur və bu sahədə əldə olunan irəliləyişlər, nailiyyətlər dünya dövlətləri, vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlər, habelə qanunvericilik bazasının formalaşdırılması üçün parlamentarilər tərəfindən qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, parlamentarilərin bu sahədə qanunvericilik təşəbbüsləri, habelə reallıqların bərpasına yönəlik yeni çağırışların müzakirəsini aparmaları formalaşdırılan qanunvericilik bazasına müsbət təsir göstərir və fundamental hüquqların pozulmasının qarşısını almağa dəstək ola bilir. 1994-cü ildə Qahirədə sənəd qəbul olunan zaman ümumbəşəri dəyərlərə, eləcə də insan hüquq və azadlıqlarının tam çılpaq formasında müzakirələrində iştirak edən çox az sayda parlament təmsilçiləri var idi. Lakin, elmi tədqiqatlara əsaslanan, həmçinin müxtəlif beyin mərkəzləri tərəfindən dəstəklənən insan hüquq və azadlıqlarının təmin olunması məsələsi parlamentarilərin müzakirələrinin təşkil olunmasının vacibliyini diktə edirdi. Bu baxımdan, 2002-ci ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) və Cinsi və Reproduktiv Sağlamlıq və Hüquqlarının (SRHR) müdafiəsi ilə məşğul olan parlament şəbəkələri mövcud resursların səfərbərliyini müzakirə etmək, reproduktiv hüquqların həyata keçirilməsi ilə bağlı məsələlərin həlli üçün əlverişli mühit yaratmaq məqsədilə müntəzəm olaraq parlamentarilərin beynəlxalq konfranslarını çağırırlar. Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) Fəaliyyət Proqramının icrası üzrə Beynəlxalq Parlamentarilər Konfransı (IPCI/ICPD) parlamentarilər arasında qlobal siyasi konsensusun yaradılmasına və bunu siyasət, maliyyələşdirmə, hesabatlılıqda milli səviyyədə real nəticələrə çevirməyə yönəlmiş unikal vasitədir.

Deputat xatırladıb ki, ICPD Fəaliyyət Proqramının icrası üzrə Parlamentarilərin Birinci Beynəlxalq Konfransı 2002-ci ilin noyabrında Ottavada (Kanada) keçirildi, daha sonra isə Fransa (2004), Tailand (2006), Efiopiya (2009), Türkiyə (2012), İsveç (2014), yeddinci isə 2018-ci ilin oktyabrında Ottavada (Kanada) çağırıldı.

M.Əfəndiyev qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Əhali və İnkişaf Komissiyasının 2024-cü ildə keçiriləcək 57-ci sessiyasında Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 30-cu ildönümü qeyd olunacaq. 2023-cü il oktyabrın 19-20-də Cenevrə şəhərində keçirilmiş Konfransda isə 2014-cü ildən ICPD Fəaliyyət Proqramı üzrə əldə olunmuş nailiyyətlərin müzakirəsi ilə yanaşı, ICPD-nin 30 illiyi ərəfəsində 2024-cü il aprelin 10-12-də Norveçdə ICPD Fəaliyyət Proqramının icrası üzrə növbəti – 8-ci Beynəlxalq Parlamentarilər Konfransının keçirilməsinə dair qərar qəbul olundu.

“Azərbaycan parlamentinin də təmsil olunduğu builki Konfransın uğurlarından biri də 120 ölkədən 300-dən çox insanın, o cümlədən 200-dən çox parlamentarinin, nazirlərin, BMT rəsmilərinin, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etməsi idi. Son 30 ili nəzərdən keçirdikdə görürük ki, reproduktiv sağlamlıq, gigiyena, planetimizin demoqrafik dinamikası, düzgün ailə planlaşdırılması, hər bir insanın səhiyyəyə əlçatanlığının təmin olunması, qadın, uşaq hüquqlarının pozulmasına qarşı xüsusi diqqət tələb edən yanaşmalar öz aktuallığını hələ də qorumaqdadır. Bu gün, dördüncü sənaye inqilabının baş verdiyi bir dönəmdə insan hüquqlarının, reproduktiv sağlamlığın qorunması və sair bu kimi azadlıqları özündə ehtiva edən qəbul olunmuş qərar və sənədlərin icrası Norveçdə baş tutan 8-ci Beynəlxalq Parlamentarilər Konfransının əsas gündəliyini təşkil etdi. Bu Konfransın xüsusi istiqamətlərindən biri də məhz 1994-cü ildə Qahirədə qəbul olunmuş sənəddə öz əksini tapan məsələlərin icrası ilə bağlı idi.

Azərbaycan 30 il müddətində BMT-nin Əhali Fondu ilə sıx əməkdaşlıq etməklə milli kontekstdə xalqın xüsusiyyətlərini nəzərə alaraq, təşkil olunmuş bütün konfranslarda fəal iştirak edir, istər demoqrafik inkişaf, istərsə də insan inkişafı sahəsində məsələlərə öz münasibətini bildirir.

Heç kəsə sirr deyil ki, 1990-cı ilin əvvəllərində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda Birinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həlak olub, yaralanıb yaxud əsir götürülüb, bir milyona yaxın insan öz yurd-yuvasından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beləliklə, 1990-cı ildən başlayan 10 illik periodda orta illik artım daha da azalaraq 1,3 faiz təşkil edib”, - deyə deputat bildirib.

1994-cü ildə Qahirə sənədi qəbul olunan zaman Azərbaycan əhalisinin sayının 6 milyon 400 min nəfər təşkil etdiyini deyən M.Əfəndiyev əlavə edib: “Bu gün isə 30 illik ICPD Fəaliyyət Proqramını nəzərdən keçirərkən, 2024-cü ildə Azərbaycan əhalisinin sayının təqribən 11 milyon nəfərə çatdığını görürük. Şübhəsiz ki, bu, Azərbaycanın ümumbəşəri dəyərlərə, habelə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri, eləcə də 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunan Dayanıqlı İnkişaf Məqsədləri universal sənədlərinə göstərdiyi ehtiram və həmin beynəlxalq sənədlərin milli səviyyədə icrasına düzgün yanaşmasıdır. Ölkəmizdə həmin universal sənədlərdə nəzərdə tutulmuş məqsədlərin icrasına yönəlik xüsusi dövlət komissiyası formalaşdırıldı, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün mexanizmlər qəbul edildi. Dünya dövlətləri, hökumətlər tərəfindən ICPD-nin 30 illiyinin qeyd olunduğu bir zamanda əldə olunmuş nailiyyətlərə dair hesabatların təqdim olunması, ICPD-nin Fəaliyyət Proqramının əhatə dairəsinin genişləndiyinin bariz göstəricisidir. Lakin, görülmüş işlərdə qeyd olunan müsbət məqamlara baxmayaraq, təəssüf ki, hələ də bərabərlilik, qadın və uşaq hüquqlarının istismarı, insanların düzgün təhsil və məlumat alma imkanlarının olmaması ilə bağlı problemlər mövcuddur”.

Deputatın sözlərinə görə, bu, eyni zamanda, 8-ci Beynəlxalq Parlamentarilər Konfransının işində də özünü göstərirdi: “Belə ki, Yaponiya, İrlandiya Parlamentlərinin üzvlərinin təcrübələrinin xüsusi maraqla qarşılanması, eləcə də üçüncü dünya dövlətləri, xüsusilə Afrika ölkələrinin hazırkı çətin vəziyyəti, habelə müsəlman dövlətlərinin parlamentlərində bərabərlilik, qadın hüquq və azadlıqları, müasirləşən səhiyyəyə hər kəsin əlçatanlığının təmin olunmasına dair müzakirələr bir daha onu deməyə əsas verir ki, növbəti mərhələ üçün yol xəritəsinin hazırlanması vacibdir. Bu baxımdan, ICPD Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlamentarilər Konfransında Oslo Bəyannaməsinin bütün iştirakçılar tərəfindən qəbul olunması yeni dünya düzəninin əsas hədəfləri və məqsədlərindən olacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...

Avropada qazın qiyməti 6 faiz bahalaşıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Tarix Muzeyinin yeni kataloqu nəşr olunub

Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır

Ülviyyə Zülfiqar: Qərbi Azərbaycan Televiziyası binasının açılışı ilə efir siyasəti də yenilənir

Azərbaycanın neft və qaz qiymətləri üzrə proqnozu açıqlanıb

AMB: Bu il cari əməliyyatlar balansı 7 milyard dollar səviyyəsində proqnozlaşdırılır

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək

Görkəmli yazıçı İsi Məlikzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Prezident: İndi biz sülhə doğru gedirik

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib

Səudiyyəli nazir: İqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərin bölüşdürülməsində riyakarlıq var

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır VİDEO

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub VİDEO

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti azalıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib