RƏSMİ XRONİKA
PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Hörmətli cənab Prezident,
Kəraçi şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.
Biz terrorizmin və ekstremizmin hər cür təzahürünü qətiyyətlə pisləyir, belə dəhşətli cinayət əməllərinə qarşı mübarizədə bütün səylərin birləşdirilməsini zəruri hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 oktyabr 2007-ci il.