RƏSMİ XRONİKA
PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Hörmətli cənab Prezident,
Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz dost və qardaş xalqlarımızın iradəsini ifadə edən dövlətlərarası münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bütün sahələrdə əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərimizi bundan sonra da məqsədyönlü şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
29 noyabr 2007-ci il.