Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Payız sərgi mövsümü sentyabrda başlayır

Bakı, 17 avqust, AZƏRTAC

Sentyabrda Azərbaycanda ixtisaslaşmış payız ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür. Ənənəvi olaraq sərgilər Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir. “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinin təşkilatçılığı ilə bu mövsüm çərçivəsində 8 sərgi keçiriləcək. Sərgi təqvimi ilə “https://exhibitions.ceo.az/en-exhibitions”, “https://www.iteca.az/” saytlarında tanış olmaq mümkündür.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, mövsüm sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX”dən başlayır. Müasir silah və texnika sərgisi olan “ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçiriləcək “ADEX” xüsusi əhəmiyyətlidir. Bu il sərgiyə ilk dəfə İordaniya şirkətləri qatılacaq. Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr öz milli stendləri ilə iştirak edəcəklər.

“ADEX” sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.

“ADEX” ilə paralel olaraq 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi keçiriləcək. “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək beynəlxalq tədbirdir. Sərgidə Azərbaycan, Belarus, Çin, İsrail, Koreya Respublikası, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər təmsil olunacaq.

Daha sonra oktyabrın 5-9-da 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi “Baku International Book Fair” sərgisi ilə mövsüm davam edəcək. Sərgiyə 5 gün ərzində bir sıra yerli və xarici nəşriyyatlar və mətbəələr, eləcə də kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və sair qatılacaq. Sərginin məqsədi rəqəmsal əsrdə kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir. Sərgi “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Cari ildə Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri oktyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” “Rebuild Karabakh” sərgisi olacaq. Sərgidə Azərbaycan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası və digər ölkələrdən şirkətlər iştirak edəcək. Sərgi Qarabağın yenidən qurulması ilə bağlı layihə və strategiyalarını təqdim edəcək yerli və xarici şirkətlərin, eləcə də aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələri arasında işgüzar dialoq üçün kommunikasiya platforması yaratmağa imkan verəcək.

Qeyd edək ki, bu gün dövlətimizin başçısının nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə onun mirvarisi olan Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Belə ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi bu sərginin keçirilməsinə xüsusi önəm verir.

Eyni tarixlərdə 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “AquaTherm Baku” sərgiləri keçiriləcək. “BakuBuild” sərgisində yerli şirkətlərlə yanaşı Almaniya, Hindistan, İran, İsveç, İtaliya, Macarıstan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə və daha artıq ölkələrin nümayəndələri öz xidmətlərini və yeniliklərini təqdim edəcəklər. Qeydiyyatın sponsoru “Corella” şirkətidir. “BakuBuild” sərgisinin nümayiş etdirəcək kateqoriyalar: inşaat materialları; dam örtükləri və izolyasiya; fasadlar, pəncərələr, qapılar; inşaat avadanlıqları və texnologiyalar; metalın həddələnməsi; plitələr və daha çox. Öz növbəsində, “Aquatherm Baku 2022” Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və bir sıra digər ölkələrdən şirkətləri bir araya gətirəcək. Təqdim olunan sektorlar arasında aşağıdakılar var: fitinqlər və zolotniklər; istilik sistemləri; borular və boru kəmərləri; su və kanalizasiya texnologiyaları; su təchizatı və çirkab suların təmizlənməsi; hava kondisionerləri; ventilyatorlar və daha çox.

Sərgi mövsümünü noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik Sənayesi “Beauty Azerbaijan” sərgiləri yekunlaşdıracaq. “Medinex” Azərbaycanda tibb və səhiyyə sahəsində hərtərəfli tədbirdir, həmçinin istehsalçılar, distribüterlər və sənaye peşəkarları üçün görüş yeridir. Sərgi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilir. Sərgidə tibbi avadanlıqlar, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və sair təqdim olunacaq. “Beauty Azerbaijan” sərginin tərkib hissəsi olaraq kosmetologiya və estetik tibb üçün məhsullar, parfumeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq vasitələri, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və bir çox başqa məhsullar təqdim edəcək.

Hər bir sərgi çərçivəsində təşkilatçılar müxtəlif işgüzar və mədəni tədbirlər planlaşdırıb ki, bu barədə məlumatı rəsmi internet saytından əldə etmək olar. Həmçinin ənənəyə uyğun olaraq yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşləri nəzərdə tutulub.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən zəngin sərgi mövsümü gözləyir. Hər bir sərgi zaman keçdikcə əməkdaşlıq layihələrinə çevrilən və maliyyə dividentləri gətirən işgüzar əlaqələrin geniş sahəsini formalaşdırır. Hər il sərgiləri minlərlə alıcı və əməkdaşlıqda marağı olan şəxslər ziyarət edir. Onların əksəriyyətinin öz təchizatçıları var, lakin buna baxmayaraq, onlar daha sərfəli təkliflər, yeniliklər axtarmaq üçün hər il sərgiləri ziyarət edirlər, həmçinin tərəfdaşlarının nə dərəcədə aktual olduğunu müqayisə edirlər. Qarşıdan gələn sərgilərin bütün rəsmi saytlarında ziyarətçilər üçün qeydiyyat artıq başlayıb. (www.ceo.az)

2022-ci il sərgilərinin tərəfdaşları arasında rəsmi “Hilton Baku” və “Hayat Regency” mehmanxanaları, rəsmi səyahət agentliyi “Greenwich Travel Club”, stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, yüklərin çatdırılma tərəfdaşı – “Caspian Freight Services” şirkətləri yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-ci ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib VİDEO

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb