RƏSMİ XRONİKA
«PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLMİŞ ŞƏXSLƏRİN SOSİAL ADAPTASİYASI HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASI İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 480-IIIQD nömrəli Qanununun icrası ilə bağlı qərara alıram:
1. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 498; 2001-ci il, №7, maddə 459; 2002-ci il, № 8, maddə 487; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 5, maddə 459, №6, maddə 611) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1.1. beşinci abzasda «ikinci hissəsində» sözləri «ikinci hissəsinin birinci cümləsində» sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
«həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;»;
1.3. altıncı-səkkizinci abzaslar müvafiq olaraq yeddinci-doqquzuncu abzaslar hesab edilsin və yeddinci abzasda «və altıncı hissələrində» sözləri «və yeddinci hissələrində» sözləri ilə əvəz edilsin.
2. «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 611; 2002-ci il, № 8, maddə 478) 3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
2.1. yeddinci abzasda «175.3-cü maddəsində» sözləri «175.2 və 175.3-cü maddələrində» sözləri ilə əvəz edilsin;
2.2. doqquzuncu abzasda «, 34.3 və 175.1-ci maddələrində» sözləri «və 34.3-cü maddələrində» sözləri ilə əvəz edilsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2008-ci il.