Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Perspektiv nəqliyyat vasitələrinin istismarı: problemlər, üstünlüklər, hədəflər

Perspektiv nəqliyyat vasitələrinin istismarı: problemlər, üstünlüklər, hədəflər

Bakı, 9 iyun, AZƏRTAC

Nəqliyyat vasitələrinin sayının sürətlə artması, daşıma işinin səmərəli təşkili nəqliyyat infrastrukturu qarşısında yeni məqsəd və hədəflər qoyur. İnsanın məqsədinə daha qısa zaman kəsiyində çatmaq arzusu ağlasığmaz sürətin əldə edilməsinə gətirib çıxardı. Artıq dünyanın istənilən yerinə getmək reallığa çevrildi. Artan daşıma həcmi yeni növ nəqliyyat vasitələrinin istehsalını və istismarını reallaşdırdı. Hazırda dünya əhalisində olan yalnız avtonəqliyyat vasitələrinin sayı sürətlə 2 milyard həddinə yaxınlaşır.

Bu fikirlər AzTU-nun Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının müdiri dosent Qasım Manafovun “Perspektiv nəqliyyat vasitələrinin istismarı: problemlər, üstünlüklər, hədəflər” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Nəqliyyat vasitələrinin sayının artımı istehlakçıların tələbatının dəyişməsi, sənaye sahələrinin kəmiyyət və keyfiyyətcə artması və digər səbəblərdən baş verir. Tələb və təklif arasında balansın alınması üçün artan nəqliyyat parkı özü ilə xeyli problem yaradır. Bərpa olunmayan resursların istifadəsi və sürətlə azalması, maddi və maliyyə məsrəfləri, texnogen fəlakətlər və s. bu qəbildən olan problemlərdir. Hazırda nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələrin (qəzalar, insan ölümü və zədələnmələr, maddi obyektlərə dəyən ziyanlar, ekoloji böhran və s.) miqyası xeyli artıb. Bu problemlərin həlli, onların təsirinin azaldılması elmi əsaslandırılmış yanaşma tələb edir.

Nəqliyyat vasitələrinin yaratdığı problemlər yeni yanaşmaların tətbiqini tələb edir. Bu problemlərdən bir çoxu nəqliyyat vasitələrinin xüsusiyyətləri ilə birbaşa bağlıdır. Artıq XX əsrin ortalarında nəqliyyat vasitələrinin yaratdığı problemlər qlobal xarakter almağa başladı. İstehsal və istismar prosesində resurslardan istifadə həcmi kəskin artdı. Müəyyən olunub ki, 10 milyon minik avtomobili istehsal etmək üçün 10 milyon ton polad, 500 min ton şüşə, 2,5 milyon ton çuqun, 230 min ton alüminium, 1 milyon tondan çox rezin və s. istifadə edilir. Eyni zamanda, bir minik avtomobili ildə 15 min kilometr yol gedərsə 4 tona qədər oksigen istifadə edir, havaya 3 ton CO₂, 500 kiloqramdan çox CO, 200 kiloqrama qədər müxtəlif karbohidratlar, 40 kiloqram azot oksidləri, 10 kiloqram rezin tozu və s. atır. Ümumilikdə Yer kürəsi miqyasında avtomobillər hər il 2,1 milyard ton yanacaq istifadə edir və bu zaman 700 milyon ton zərərli maddələr xaric edir (СО - 420 milyon ton, СН - 170 milyon ton, NOХ - 60 milyon ton, his - 17 milyon ton, qurğuşun - 0,6 milyon ton). Avtonəqliyyat vasitələrinin zərərli maddələrinin əsas hissəsi (80 faiz) yaşayış məntəqələrinin ərazilərinə atılır. Şəhər atmosferinin çirkləndirilməsinə görə avtomobil nəqliyyatı “lider”liyini saxlayır. Milyonlarla ton zəhərli maddələrin atmosferə atılması, antropogen müdaxilə insanların sağlamlığına böyük təsir və iz buraxır. Dəm qazı, karbohidrogenlər, azot oksidləri, qurğuşunlu birləşmələr “İstixana effekti”, turşu yağışları, ozon qatının dağılması və s. problemləri qlobal ekoloji müstəviyə çıxdı. Yerindən, növündən asılı olmayaraq bu problemlər çoxsaylı xəstəliklərin sayını artırdı. Bu səbəbdən XX əsrin 80-ci illərindən başlayaraq beynəlxalq təşkilatlar, xüsusən də BMT Avropa İqtisadi Komissiyasının Ekoloji Siyasət Komitəsi müvafiq qərarlar qəbul etdi.

Avtonəqliyyat vasitələrinin sayının çoxalması onun populyarlığı, komfortluluğu ilə birbaşa əlaqədardır. “Qapıdan-qapıya”, “vaxtında çatdırma” (JIT) daşınan obyektə uyğun seçim imkanlarının olması, manevrlik, dinamiklik onun sadalanan üstünlükləridir. Lakin avtomobillərin istismarı zamanı atmosferə atılan külli miqdarda tullantılar nəticə etibarilə problemlərin həllinə yeni yanaşma tələb edir. Aparıcı avtomobil istehsalçıları və istehlakçıların maraqları ənənəvi karbohidrogen yanacaqlarından tədricən daha etibarlı, qənaətcil və ekoloji enerji ilə işləyən maşınların istehsalına keçidə fokuslanır.

Qəbul edilən qərarların fəaliyyət istiqaməti təşkilati-hüquqi, memarlıq-planlaşdırma, konstruktor-texniki, istismar tədbirlərini əhatə edir. Bu tədbirlərin kompleks həlli nəticədə yeni istiqamətlər üzrə müvafiq yanaşmaların qaçılmaz olduğunu sübut edir. Bu yanaşmalardan biri də məsələnin konstruktor həllidir. Neftdən alınan yanacaqlarla işləyən ənənəvi güc qurğularının daha perspektiv enerji ilə işləyən konstruksiyalarla əvəz edilməsi tendensiyası daha real görünür və daxiliyanma mühərrikinin alternativ enerji ilə işləyən qurğularla əvəz olunması qlobal ekoloji problemin həllinə köklü təsir edə bilər. 2020-ci ildən başlayaraq Avropa dövlətləri 2050-ci ilə qədər tam həcmdə elektromobillərə keçid üçün strateji məqsədlər qoyur.

2010-cu illərdən başlayaraq ABŞ, Fransa, Yaponiya, Çin, Almaniya və digər ölkələrin avtoistehsalçıları elektromobillərini dünya bazarına çıxarıblar. Norveç 2025-ci ildən, İngiltərə, Danimarka, İsveçrə 2030, Fransa və İspaniya 2040-cı ildən tam həcmdə elektromobillərə keçməyi planlaşdırır.

İnkişaf etmiş ölkələrin məqsədyönlü siyasəti yanacaq-energetik balansın saxlanılması ilə alternativ variantın tapılmasına köklənir. Elektronəqliyyat sferasında yeni mühitin və rəqabətin yaranması yeni texnologiyaları, biznes-modelini, yekun mərhələdə isə yeni bazarın yaradılmasını tələb edir. Yeni sahəyə transformasiya yalnız əsas sahələrin deyil, həm də törəmə sahələrin bazara çıxışını tələb edir. Qəbul edilən yeni standartlar zəhərli maddələrin neytrallaşdırılmasını, keyfiyyətcə yeni prinsipial infrastrukturun və nəqliyyat vasitələrinin yaradılmasını, mövcud istehsalat sahələrinin dərin modernizasiyasını təmin etməlidir.

Perspektivliyi ilə seçilən elektromobillər artıq günümüzün reallığıdır. Elektromobillərin tarixi daxiliyanma (DYM) mühərrikli nəqliyyat vasitələrindən xeyli qabağadır. 180 ildən çox tarixə malik olmaqla, benzinlə işləyən avtomobillərdən xeyli əvvəl istifadə edilib. Lakin əldə edilən enerji azlığı, kiçik hərəkət sürəti, zəif infrastruktur, tələblərə uyğun olmaması, böyük həcmdə karbohidrogen ehtiyatları fonunda neft bumu, ucuz enerji nəticə etibarı ilə onu kölgədə qoydu. Lakin qeyd edilən problemlər, onların qlobal xarakteri, yeni texnologiyalar elektromobillərin istifadəsini qaçılmaz edir. XX əsrin sonlarından başlayaraq “Toyota”, ZENN, GM, “Chevrolet”, “Tesla”, “Reno”, “Nissan” və digər nəhənglərin istehsal etdiyi elektrokarlar rəqabət bazarında DYM avtomobilləri sıxışdırmağa başladı. Yanacaq xərclərinin, ətraf mühitin çirklənməsinin, səs-küyün azalması, təhlükəsizlik, etibarlıq məsələləri optimal həll variantını elektromobillərdə tapa bilər. Eyni zamanda, DYM-in aşağı faydalılığı (benzinlə işləyən mühərriklərdə 23...25 faiz, dizel mühərriklərində isə 53 faizə qədər) sadalanan problemlər sırasındadır. Elektromobillərdə isə bu qiymət müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Qlobal miqyasda karbohidrogen yataqları ilə zəngin olan ölkələrdən asılılıq, yeni münaqişə ocaqlarının yaranmasını da bu problemlər sırasına aid etmək olar.

Lakin elektromobillərin də çatışmazlıqları mövcuddur:

-infrastrukturun zəif inkişaf səviyyəsi. Xüsusən də, ilkin dövrlərdə elektrik-doldurma qurğuların azlığı və artan tələbat:

-Tez-tez doldurma əməliyyatları, avtonom doldurucu qurğuların tətbiqi ilə ənənəvi DYM istifadəsi;

-Konstruksiyanın qismən mürəkkəbləşməsi, batareyaların avtomobilin istismarı prosesində doldurulma effektivliyinin aşağı olması;

-İstismar şəraitinə həssaslıq (qış istismar şəraitində akkumulyatorlar tez boşalır və yürüş məsafəsi 50 faizə qədər azalır) və s.

Üstünlüklərlə yanaşı, çatışmazlıqların da çoxluğu, digər nüanslar elektromobillərin istehsalına kölgə salmır və gələcəyin avtomobili - elektromobillər olacağını təsdiq edir. Elektromobillərlə yanaşı, ilkin dövrlərdə hibrid avtomobillərin istismarı mövcud ekoloji durumun yaxşılaşdırılmasına kömək edə bilər.

Elektromobillərə tələbatın artması eyni zamanda tükənən neft ehtiyatları ilə bağlıdır. Bu ehtiyatların miqdarı müxtəlif mənbələrin məlumatlarına görə artan templə istifadə ilə müəyyən dövr üçün proqnozlaşdırılır. Təbii ki, bu proqnozdur və onun miqdarı haqqında dəqiq söz demək çətindir. İstehlak həcminin artması, geoloji-kəşfiyyat işlərinin nəticələri, ekoloji durumun pisləşməsi həyəcan təbilinin çalınmasını tələb edir. Deməli, alternativ enerji mənbələrinin axtarışı qaçılmazdır. Elektrik enerjisinin alınması sahəsində də müəyyən çətinliklərin olmasına baxmayaraq, istifadəsi günün reallığıdır. Elektrik enerjisinin alınması günəş enerjisinin, külək, dalğa, geotermal enerjilərin çevrilməsi ilə alternativ üsullarla da həyata keçirilə bilər. Günəş enerjisinin köməyilə elektromobillərin istifadəsi müəyyən texniki həllərin tapılmasını tələb edir. Külək dəyirmanları hava siklonları, atmosferdə gedən proseslərlə bağlı olduğundan istifadəsi məhdudlaşır. Respublikamızda bu sahədə xeyli işlər görülüb və davam etdirilir. Nəticə etibarilə elektrik doldurma aparatlarında istifadə edilən elektrik cərəyanın əsas hissəsinin istilik elektrik stansiyalarından alındığı qənaətinə gəlmək olar. Bu sahədə də ekoloji problemlərin olduğu mənbələrdə qeyd edilir. CO₂ miqdarı DYM avtonəqliyyat vasitələrinin buraxdığı miqdarla müqayisə oluna bilər. DYM avtomobilləri ilə müqayisədə stasionar mənbələrin istifadəsi ilə 2 dəfəyə qədər CO₂ atmosferə buraxılır. Bu səbəbdən alternativ kimi külək, günəş enerjisinin istifadəsi daha perspektiv sayıla bilər.

Elektromobillərin hissələrinin sayı DYM avtomobillərdən xeyli fərqlənir. 20 mindən çox hissəsi olan ənənəvi avtomobillərimizlə müqayisədə elektromobillərdə hissələrin nomenklaturası xeyli azdır. Bu isə tükənən resurslara qənaət etməyə imkan verir. Elektromobillərin əsas elementləri elektrik mühərriki, nəzarət (kontroller) qurğuları, akkumulyatorlardır. Elektrik mühərriki elektromobillərin əsas hərəkətverici sistemidir.

Kontroller elektrik mühərrikinin dövrlərini tənzimləyir. Akkumulyatorlar lazım olan miqdarda gərginliyi elektrik mühərrikinə verməklə, onun hərəkətini təmin edir. Hazırda turşulu-qurğuşunlu, litium-ion, litium-dəmir, alüminium-ion və s. tərkibli akkumulyatorlar istifadə edilir. Onların istismar xüsusiyyətləri fərqlidir və etibarlığı, doldurmanı saxlama xüsusiyyətləri ilə seçiləni litium-ion akkumulyatorlarıdır. Bəllidir ki, akkumulyatorlar müəyyən kimyəvi emal tələb edən metallardan hazırlanır. İstifadə edilən sulfir-heksafloridin istehsalı xeyli miqdarda CO₂ tullantısına səbəb olur.

Elektromobillərin istifadəsini məhdudlaşdıran çərçivələrdən biri də doldurma məntəqələrinin, nəqliyyat vasitələrinə xidmət müəssisələrinin azlığıdır. Nəzərə alsaq ki, elektromobillər mütəmadi şarj olunmalıdır, deməli bunun üçün xüsusi stansiyalar inşa edilməli, nəqliyyat vasitələrinə texniki təsirlərin aparılması üçün stasionar və mobil avtoxidmət müəssisələri yaradılmalı və həmin müəssisələrə peşəkar personallar cəlb edilməlidir. Qeyd edilən məsələlərin həlli kompleks qərarların qəbulu ilə bağlıdır. Eyni zamanda, konstruksiyanın müntəzəm olaraq təkmilləşdirilməsilə uzun müddət saxlama imkanlarına malik akkumulyatorların istifadəsi, nanotexnologiyaların tətbiqi ilə ucuz, texnolojiliyi ilə seçilən hissələrin istifadəsi əsas məqsədə yönələn addımların bir hissəsidir.

Elektromobillərin sürətli inkişafına mane olan səbəbləri kimi aşağıdakıları göstərmək olar:

- Yerli və beynəlxalq səviyyədə müəyyən qurumlarda və insanlarda ekoloji duruma kifayət qədər diqqətin olmaması;

-Karbohidrogen ehtiyatlarından istifadə həcminin böyük olması və aşağı qiymət;

-Enerji istifadəsi üzrə texnoloji prosesin dəyişdirilməsində olan çətinlik;

-Mövcud infrastruktur və işçilərin sosial problemləri;

-Elektromobillər istismarı üzrə zəif inkişaf səviyyəsi;

-Əhalinin maliyyə resursları;

-Mövcud iqtisadi-siyasi vəziyyət və s.

Mövcud ekoloji durum ciddi addımların atılmasını tələb etdiyindən, elektromobillərin istismarı qaçılmazdır. Təbii ehtiyatların azalması, dəyərinin artması mövcud durumu dəyişə bilər. Eyni zamanda, texnologiyanın əvəz olunması, yeni avadanlığın istifadə xərclərini xeyli artırır. Lakin bu hal uzun müddətli olmayıb, məhsulun həyat siklinin ilk mərhələsinə şamil oluna bilər. Sonrakı proseslərdə isə maya dəyərinin aşağı düşməsi marjinal yanaşmanın hesabına mümkündür. Digər tərəfdən, cəlbediciliyin artırılması, əhali arasında təbliğatın aparılması, qabaqlayıcı tədbirlərin görülməsi kimi tədbirlər zəruridir.

İnfrastrukturun günün tələblərinə uyğun olması, peşəkar kadrlar və müasir texnoloji avadanlığın istifadəsi elektromobillərin istifadə həcmini artıra bilər, mövcud nəqliyyat parkının utilizasiyasını sürətləndirməklə, istilik-energetik qurğularının istifadə həcmini məhdudlaşdırmaqla tam həcmdə keçidi sürətləndirə bilər.

Elektromobillərin istehsal həcmi ilə yanaşı istehlak həcminin artırılması üçün kompleks həvəsləndirici tədbirlərin işlənməsi zəruridir. Bu tədbirlərə qeyd olunanları da ümumiləşdirməklə aşağıdakılar aid etmək olar:

-Elektromobillərin satışında həvəsləndirici tədbirlərin işlənilməsi və avtomobil sahiblərinə subsidiyaların verilməsi;

-Ənənəvi avtomobillərlə müqayisədə elektromobillərə birbaşa üstünlüklərin (məsələn: pulsuz parkinq, aşağı qiymətlə, keyfiyyətli xidmət və s.) verilməsi;

-Doldurma prosesinə diferensial yanaşma;

-Elektromobillərə mobil və stasionar xidmət müəssisələrin yaradılması, müasir texnologiya və peşəkar işçilərin istifadəsi;

-Sığorta işinin düzgün qurulması, vergidən azad etmə və vergi güzəştlərinin tətbiqi;

-Elektromobil istehsalçılarına güzəştlərin tətbiqi;

-Əhalinin alıcılıq qabiliyyətinin artırılması məqsədilə barter texnologiyasının tətbiqi və işlənmiş avtomobillərin utilizasiyası üçün tədbirlərin işlənməsi;

-Təbliğat-təşviqat işinin düzgün qurulması, müntəzəm reklam, kommersiya fəaliyyətinin təşkili;

-İşçilərin və müştərilərin sosial problemlərinə həssaslıq;

-Elektromobillərin istehsal və istehlakı ilə bağlı layihələrin cəlbediciliyinin artırılması.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM