İQTİSADİYYAT
“Pobeda” aviaşirkəti Bakıya biletlərin satışına başlayıb
Moskva, 29 sentyabr, AZƏRTAC
Rusiyanın “Aeroflot” qrupuna daxil olan büdcə aviadaşıyıcısı “Pobeda” aviaşirkəti Rostov-Bakı-Rostov marşrutu üzrə biletlərin satışına başlayıb.
Aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, uçuşlar oktyabrın 30-dan həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Biletlərin 30 faizə qədəri bütün rüsumlar nəzərə alınmaqla minimal tarif – 999 rubla təklif olunur.
“Pobeda” şirkəti noyabrın 1-dən həftədə 3 dəfə Rostov-Tbilisi-Rostov marşrutu ilə də uçuşlar planlaşdırır.
“Aeroflot” qrupuna daxil olan “Podeda” aviaşirkəti uçuşlarını “Boeing” 737-800 təyyarələri ilə həyata keçirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva