RƏSMİ XRONİKA
“POLİS HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. ”Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №11, maddə 611; 2001-ci il, № 11, maddə 699, №12, maddə 731; 2002-ci il, №3, maddə 118, №6, maddə 328; 2003-cü il, №1, maddə 22, №8, maddə 424; 2004-cü il №2, maddə 57, №3, maddə 133; 2006-cı il, №2, maddələr 74,75, №11, maddə 927; 2007-ci il, №8, maddə 756) 38-ci maddəsinin II hissəsi aşağıdakı redaksiyada verilsin:
“II. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir.”.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il.