İDMAN
Polşalı disk atan xəstə uşağa kömək etmək üçün Olimpiya medalını satacaq
Bakı, 20 avqust, AZƏRTAC
Polşalı yüngül atlet Pyotr Malaxovski Rio-de-Janeyro Olimpiadasında disk atma yarışlarında ikinci nəticə göstərərək gümüş medal qazanıb.
İdmançı Varşavaya qayıdandan sonra bildirib ki, gözün torlu qişasının bədxassəli şişindən əziyyət çəkən uşağa kömək etmək üçün medalını hərraca qoyur.
AZƏRTAC xəbər verir ki, idmançı “Facebook” səhifəsində yazıb: “Bu fantastik oğlanın sağlamlığı mənim Rioda qələbə uğrunda apardığım mübarizədən daha əhəmiyyətlidir. Mən hamını hərracda iştirak etməyə dəvət edirəm. Sizin köməyinizlə mənim gümüş medalım onun üçün qızıldan dəyərli ola bilər”.
Polşalı atlet medal üçün 6,6 min avro əldə etməyi planlaşdırır. P.Malaxovski 67,55 metr məsafəyə disk ataraq, qızıl medal uğrunda mübarizədə almaniyalı Kristofer Hartinqə (68,37) uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]