DÜNYA
Portuqaliyanın yeni hökuməti korridada iştirak üçün minimal yaş həddini 16 yaşa çatdırmaq niyyətindədir
Lissabon, 28 oktyabr, AZƏRTAC
Portuqaliyanın yeni XXII hökumətinin proqramında korridaya tamaşa etmək və ya burada iştirak etmək üçün yaş senzinin artırılmasına dair tədbir nəzərdə tutulub. AZƏRTAC xəbər verir ki, həmin proqram bu gün Portuqaliya Nazirlər Şurası tərəfindən bəyənilib.
Hazırda turadada (Portuqaliyada korridanı məhz belə adlandırırlar) iştirak etmək üçün minimal yaş 12 yaşdır. BMT-nin Uşaq Hüquqları Komitəsi Portuqaliyaya yaş senzini 18 yaşadək artırmağı tövsiyə edib.
Yeni hökumət korridada iştirak üçün minimal yaşı 16 yaşa qədər artırmağı təklif edib.
Sonuncu qanunverici orqanda turada mövzusu Antoniu Koşta hökuməti ilə Karlos Sezarın rəhbərlik etdiyi Sosialist Partiyasının parlament qrupu arasında açıq fikir ayrılıqlarına gətirib çıxarıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon