Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı

Bakı, 23 dekabr, AZƏRTAC

Bu, danılmaz bir faktdır ki, son 17 ildə Azərbaycanın keçdiyi yol, daxili və xarici siyasətdə qazandığı uğurlar məhz Prezident İlham Əliyevin şəxsiyyəti, xarizması, liderlik keyfiyyətləri ilə bağlıdır. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bəhs edilən dövrdə həyata keçirilən genişmiqyaslı işlər, həyatımızın bütün sahələrinin inkişafına hədəflənən islahatlar nəticəsində Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanması isə cənab İlham Əliyevin siyasi cəbhədə olduğu kimi, hərb meydanında da yüksək liderlik keyfiyyətini bütün dünyaya nümayiş etdirdi.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bəhs edilən dövrdə Azərbaycanın keçdiyi yola nəzər saldıqda biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən, həmçinin reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Yəni, Prezident İlham Əliyev həyata keçirilən siyasətdə, ilk növbədə, dövlətin və xalqın mənafeyini əsas tutur.

Bunun heç də təsadüfi olmadığını deyən deputat qeyd edib ki, Prezident İlham Əliyev atdığı hər bir addımda, reallaşdırdığı hər bir siyasətdə hər zaman xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz növbəsində, Azərbaycan xalqı da son 17 ildə hər zaman dövlət başçımıza güvənib və bütün məsələlərdə ona dəstək verib. Beləliklə, xalq-Prezident birliyindən güc alan inkişaf siyasəti Azərbaycanın gücünə güc qatıb.

“Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir”, - deyən Vüqar İskəndərov əlavə edib ki, xalqımız dövlət başçımıza böyük inamını və dəstəyini 2018-ci il 11 aprel tarixində keçirilən son prezident seçkilərində növbəti dəfə nümayiş etdirdi. Belə ki, həmin seçkilərdə cənab İlham Əliyevə səs verərək onu növbəti 7 il üçün Azərbaycanın Prezidenti seçən xalqımız bununla da öz liderinə sonsuz inamını bir daha ortaya qoydu.

Dövlət başçısının rəhbərliyi ilə ötən 17 il ərzində həyata keçirilən siyasətin, eyni zamanda, ölkəmizin ərazisində yaşayan müxtəlif milli, dini mənsubiyyətə malik insanları birləşdirən bir siyasət olduğunu deyən deputat bildirib ki, məhz bunun nəticəsidir ki, bu gün dünyanın ayrı-ayrı ölkələrindəki xoşagəlməz mənzərələrdən fərqli olaraq Azərbaycanda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir.

“Prezident İlham Əliyevin praqmatik, uzaqgörən, ümummilli məsələlərə kifayət qədər həssas münasibət bəsləyən lider olduğunu onun son 17 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması əyani şəkildə təsdiqləyir”, - deyən deputat vurğulayıb ki, dövlətimizin başçısı bəhs olunan dövrdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan münaqişənin həllini ölkəmizin gündəliyinin mərkəzində saxladı. Prezident İlham Əliyev 17 il ərzində apardığı məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə hüquqi zəmin yaratmağa nail oldu. Məhz bunun nəticəsidir ki, Azərbaycanın özünün ərazi bütövlüyünün təmin olunması uğrunda apardığı Vətən müharibəsi beynəlxalq səviyyədə böyük həssaslıqla izlənildi və xaricdəki erməni lobbisinin təsiri altında olan bəzi dövlətlərin təzyiq cəhdlərinə rəğmən, ölkəmiz 44 günlük müharibəni qələbə ilə başa vurdu. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, istər 44 günlük müharibə zamanı, istərsə də müharibədən sonra nüfuzlu beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin yüksək səviyyəli rəsmilərinin Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə bəyanatlar vermələri ölkəmizin mövqeyini gücləndirən amil qismində çıxış etməklə yanaşı, məhz cənab Prezidentin rəhbərliyi ilə ötən 17 il ərzində həyata keçirilən xarici siyasətin nəticəsidir.

“Vətən müharibəsindən söz düşmüşkən, məlum olduğu kimi, Prezident İlham Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini istisna etmirdi və zaman Azərbaycanın dövlət başçısının haqlı olduğunu təsdiqlədi. Eyni zamanda, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və davamlı iqtisadi inkişafa, ölkəmizin hər cəhətdən güclənməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının möhkəmləndirilməsinə hesablanmış siyasətin bəhrəsini də 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Dövlətin gücündən güc alan, Prezidentin hərtərəfli diqqət və qayğısı nəticəsində dünyanın 50 ən güclü orduları sırasına yüksələn Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edərək, ona ölümcül zərbə vurdu. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar, yaradılan müasir infrastruktur respublikamızda iqtisadi fəallığın artmasını şərtləndirib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3,4 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Respublikamız son 17 ildə geniş iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə Silahlı Qüvvələrinin maddi-texniki təchizatını möhkəmlətməyə, döyüş hazırlığını yüksəltməyə nail olub”, - deyə deputat qeyd edib.

Qırx dörd günlük Vətən müharibəsində Qələbəmizin memarının məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev olduğunu vurğulayan deputat əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı: “Cənab Ali Baş Komandan Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bütün bunlar onu deməyə əsası verir ki, Prezident İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsiyyətdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür