Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident Kitabxanasında “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşr hazırlanıb

Prezident Kitabxanasında “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşr hazırlanıb

Bakı, 23 aprel, AZƏRTAC 

Uydurma erməni soyqırımının “100 illiyi”nin ermənilər və onların havadarları tərəfindən qeyd edildiyi ərəfədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları və erməni cinayətlərinin miqyasını dünya ictimaiyyətinə çatdıran növbəti elektron nəşr oxucuların istifadəsinə verilib.

Elektron nəşrdə toplanmış materiallardan görünür ki, XX əsrdə həm Cənubi Qafqazda, həm də Şərqi Anadoluda ermənilər havadarlarının dəstəyi ilə türk-müsəlman əhaliyə qarşı dəfələrlə kütləvi qırğınlar törədib, deportasiyalar və terror aktları həyata keçiriblər. Lakin ermənilər tarixi saxtalaşdıraraq hər yerdə özlərini dünyaya soyqırımına məruz qoyulan xalq kimi təqdim edirlər. Təəssüf ki, nəinki ermənilərin XX əsrin əvvəllərində törətdikləri qırğınlar, hətta 1991-1994-cü illərdə Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri ağlasığmaz cinayətlər belə beynəlxalq təşkilatlar və dünyada söz sahibi olan dövlətlər tərəfindən sükutla qarşılanıb. Törətdiyi qanlı cinayətlərə görə işğalçı Ermənistanın bu günədək cəzasız qalması onu yeni-yeni cinayətlərə sövq edib. Ermənilərə havadarlıq edən dövlətlər və beynəlxalq qurumlar guya 1915-ci ildə baş vermiş “erməni soyqırımı”nı tanımaqla tarixi gerçəkliyin üzə çıxmasına əngəl olmağa çalışırlar.

“Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” elektron nəşri arxiv sənədləri, dövri mətbuat materialları, ayri-ayrı tədqiqatçıların məqalələri əsasında tam dolğunluğu ilə sübut edir ki, əsl soyqırımı 1905-1906-cı illərdə, Birinci Dünya müharibəsi zamanı və 1918-1920-ci illərdə Şərqi Anadoluda və Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı törədilib. 1991-1994-cü illərdə dünyanın gözü qarşısında Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib və həmin ərazidə xalqımıza qarşı soyqırımı törədilib. Son 30-40 il ərzində ermənilərin törətdikləri terror aktları nəticəsində minlərlə günahsız insan tələf olub və yaralanıb. Bu elektron nəşr özlərini dünyaya sivil və soyqırımına məruz qoyulan millət kimi təqdim edən ermənilərin əsl simasını üzə çıxarır.

Yeddi fəsildən ibarət elektron nəşrin 1-ci fəsli “Soyqırımı” adlanır. Bu fəslin birinci bölməsində ermənilərin 1905-1906-cı illərdə Bakıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvan quberniyasında azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən elmi məqalələr toplanıb. 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda, Cənubi Azərbaycanda törətdikləri soyqırımlara aid araşdırma məqalələr 2-ci bölmədə öz əksini tapıb. Bu bölmədə ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvan quberniyasında və Cənubi Azərbaycanda törətdikləri soyqırımlar öz əksini tapıb. Bölmədə, həmçinin 1915-1920-ci illərdə ermənilərin Şərqi Anadoluda həyata keçirdikləri terror aktları və türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı haqqında material yerləşdirilib. Uydurma erməni soyqırımının əsassız olduğunu sübut edən ayrıca material da bu fəsildə öz əksinin tapıb.

Ermənistanın 1991-1993-cü illərdə işğal etdiyi Azərbaycan ərazilərində, o cümlədən Xocalıda törətdikləri soyqırımı cinayətləri və işğalın nəticələrinə aid materiallar 3-cü bölmədə yer alıb.

“Deportasiya” fəslində azərbaycanlıların indiki Ermənistan ərazisindən 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyasına aid araşdırma materialları öz əksini tapıb.

Elektron nəşrin 3-cü fəsli “Terror” adlanır. Bu fəsildə erməni terror təşkilatları haqqında qısa məlumat verilir, türk və azərbaycanlı dövlət xadimlərinə, mülki şəxslərə qarşı törədilən terror aktları sadalanır, habelə ruslara qarşı ermənilərin törətdikləri terror əməllərindən bəhs edilir.

“Sənədlər” adlanan 4-cü fəsildə ermənilərin törətdikləri qırğınlara və deportasiyalara aid arxiv sənədləri, fərmanlar, sərəncamlar və digər materiallar toplanıb.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandallıqlar və qırğınlar barədə şahidlərin canlı ifadələri əsasında lentə alınan sənədli filmlər toplanaraq “Videoarxiv” fəslində təqdim olunur.

“E-resurslar” fəslində müxtəlif dillərdə olan 200 kitabın və 300-ə yaxın məqalənin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan tam mətni, layihənin mövzusuna aid 400-dən artıq kitab və avtoreferatın, habelə 2005-2015-ci illərdə Kitabxananın fonduna daxil olan qəzet və jurnallardan seçilmiş 2200 məqalənin biblioqrafiyası istifadəçilərin ixtiyarına verilir.

Prezident Kitabxanası əməkdaşlarının Azərbaycan və rus dillərində hazırladıqları bu elektron nəşrin ingilis dilində də versiyası hazırlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

GDU-da “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNƏCƏK

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür